BAKI, 19 fevral — Sputnik. Rusiya əsilli gənc model Moujan Rajai martda keçiriləcək "Miss Europe" müsabiqəsində Türkiyəni təmsil edəcək.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı model Livanda keçiriləcək müsabiqəyə Türkiyə bayrağı ilə çıxacaq.
Посмотреть эту публикацию в Instagram
İngilis, türk və rus dilləri də daxil olmaqla beş dildə səlis danışan Rajai ötən il Beynəlxalq "World Next Top Model" gözəllik müsabiqəsində "Miss Asia" seçilib.
BAKI, 7 mart - Sputnik. Fransanın şimalında, Normandiya ərazisində helikopter qəzası baş verib. Sputnik Azərbaycan Fransa mediasına istinadla xəbər verir ki, helikopter Tuk kommunası ərazisinə düşüb.
Hadisə nəticəsində Fransa parlamentinin deputatı, milyarder, 69 yaşlı Olivye Dasso həlak olub. Qəza zamanı Respublikaçılar Partiyasının üzvü ilə yanaşı helikopterin pilotu da həlak olub.
Fransa prezidenti Emmanuel Makron Twitter hesabında həlak olanların ailələrinə başsağlığı verib.
Olivye Dassonun atası Serj Dasso məşhur siyasətçi və biznesmen olub.
BAKI, 7 mart — Sputnik. ABŞ-da yeni lazer topunun maketi hazırlanıb. Həmin toplarla qırıcılar təchiz ediləcəklər. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
Shield sisteminin sınaqdan keçirilməsinə yayda başlanılacaq. Yayda topun enerji qurğusu və şüanın idarə edilməsi sistemi hazır olacaq. 2024-cü ildə bütün kompleksin tam yerüstü sınaqları başlayacaq.
Planlaşdırıldığına görə, lazertəyyarəyə yaxınlaşan "yer-hava" və "hava-hava" tipli raketləri vurmalıdır.
Ekspertləri isə hesab edirlər ki, enerji qurğusunun ölçülərinə görə lazerlərin hərbi təyyarələrə inteqrasiyasına on illər lazımdır.
BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.