BAKI, 16 fevral — Sputnik. Boşanma ərəfəsində olan həyat yoldaşı Nagehan Şaşmaz tərəfindən məhkəməyə verilən türkiyəli aktyor Necati Şaşmaz bəraət alıb.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, həyat yoldaşı danışıqlarını xəbərsiz olaraq 11 dəfə telefonuna qeyd etdiyi üçün onun əleyhinə məhkəmə qarşısında iddia qaldırıb.
Prokuror aktyorun 22 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə Necati Şaşmaz barədə qaldırılan iddiaları əsassız sayıb və ona bəraət verib.
Qeyd edək ki, Necati Şaşmaz "Kurtlar Vadisi" serialındakı "Polad Alemdar" rolu ilə məşhurlaşıb.
BAKI, 8 mart - Sputnik. Suriya prezidenti Bəşər Əsəd və xanımı Əsma koronavirus virusuna yoluxduqlarını söyləyiblər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti Suriya prezidentinin administrasiyasına istinadən məlumat yayıb.
“Prezident Bəşər Əsəd və xanımı Əsmanın koronavirusla bağlı verdikləri testin cavabı müsbət çıxıb”, - xəbərdə deyilir.
Bəşər Əsəd və həyat yoldaşının yaxşı vəziyyətdə, durumlarının stabil olduğu qeyd edilir.
BAKI, 8 mart - Sputnik. Suriyanın prezidenti Bəşər Əsəd və xanımı Əsma Əsəd koronavirusa yoluxublar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Suriya prezidentinin dəftərxanası məlumat yayıb.
"Prezident Əsəd və xanım Əsma Əsəd PCR test veriblər, nəticə müsbət olub", - məlumatda deyilir.
Qeyd olunur ki, Bəşər Əsəd və xanımının vəziyyəti yaxşı, stabildir.
Suriyada koronavirus pandemiya elan olunandan (11.03.2020) indiyədək 15981 nəfər COVID-19-a yoluxub, 1063 nəfər vəfat edib. 4544 nəfər müalicə alır.