Türk Ordusunun qarşısında dura biləcək terror qruplaşması yoxdur - Ərdoğan

© © Turkish Presidency via AP, PoolПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.02.2021
Abunə olmaq
Türkiyə prezidenti: "Ordumuzun zaman və məkan sərhədi tanımadan ölkəmizin ehtiyac duyduğu, millətimizin təhlükəsizliyi üçün vacib olan hər hərəkatı öz imkanları ilə reallaşdıracaq səviyyəyə çatması ilə qürur duyuruq".

BAKI, 15 fevral - Sputnik. Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalında yerləşən Qara bölgəsində terrorçulara qarşı apardığı "Pençe Kartal-2" əməliyyatı zamanı 53 terrorçu zərərsizləşdirilib. 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrorla mübarizə məsəslələrini şərh edərkən deyib.

"Şəhidlərimizin qanı yerdə qalmayıb, son hərəkat zamanı 53 terrorçu zərərsizləşdirilib", - deyə o, bildirib. 

Ərdoğan Türk ordusu ilə qürur duyduğunu da sözlərinə əlavə edib: 

"Ordumuzun zaman və məkan sərhədi tanımadan ölkəmizin ehtiyac duyduğu, millətimizin təhlükəsizliyi üçün vacib olan hər hərəkatı öz imkanları ilə reallaşdıracaq səviyyəyə çatması ilə qürur duyuruq.

Hər ötən il daha da inkişaf edən təchizatı, texnologiyası və insan gücü ilə Türk Ordusunun qarşısında dura biləcək terror qruplaşması yoxdur. Son hərəkat da bu həqiqəti təsdiqlədi". 

Xəbər lenti
0