Участники РПК, фото из архива

"Pençe Kartal-2" əməliyyatında 50 terrorçu zərərsizləşdirilib

24
(Yenilənib 14:02 14.02.2021)
Türkiyə Silahlı Qüvvələrinin (TSK) baş qərargah rəisi, general-mayor Yaşar Güler bildirib ki, qısamüddətli hərəkatda Türkiyə ordusunun pilotsuz təyyarələrindən istifadə olunub.

BAKI, 14 fevral - Sputnik. Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalında yerləşən Qara bölgəsində PKK terrorçularına qarşı başlatdığı “Pençe Kartal-2” əməliyyatı başa çatıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSK) baş qərargah rəisi, general-mayor Yaşar Güler bildirib ki, əməliyyatda ümumilikdə 50 terrorçu zərərsizləşdirilib.

10 fevral 2021-ci ildən “Pençe Kartal-2” Hərəkatına başlandığını vurğulayan Y.Güler bildirib ki, qısamüddətli hərəkatda Türkiyə ordusunun pilotsuz təyyarələrindən istifadə olunub.

TSK rəisi İraqda PKK/YPG terrorçuların əsas mərkəzi olan Qəndil bölgəsinə yaxın məsafədə yerləşən Qarada 75 kilometr en, 25 kilometr uzunluğa malik olan bir sahədə yerləşən əhəmiyyətli bir mağaranın ələ keçirildiyini deyib:

“Mağaraya 3 giriş, 9 otaq və 7 dəmir qapı var. Bəllidir ki, uzun müddətli fəaliyyətlərdən sonra bu mağara yaradılıb. Mağarada 8 terrorçu ələ keçirildi”.

Qeyd edək ki, sözügedən mağarada Türkiyə ordusu terrorçular tərəfindən öldürülən 13 Türkiyə vətəndaşının cəsədini aşkarlayıb. Hərbi əməliyyatlar zamanı TSK-nın 3 hərbçisi şəhid olub, 3-ü isə yaralanıb.

24
Teqlər:
PKK, Türkiyə
 Armen Sarkisyan, arxiv şəkli

Ermənistan prezidentindən manevr: qərarı Paşinyana qaytardı - YENİLƏNİB

24
(Yenilənib 18:26 27.02.2021)
Bu gün səhər Sarkisyan öz iqamətgahında Qasparyanla görüşüb. Bundan öncə isə prezident Baş Qərargaha gedərək rəhbərliklə görüş keçirmişdi.

BAKI, 27 fevral - Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə qərarı özünün əsaslandırmalarını da qeyd edərək baş nazir Nikol Paşinyana qaytarıb. 

Bu barədə Sputnik Ermənistan yazır.

Qərar qəbul etmək üçün Sarkisyanın 3 günü vardı, vaxt da bu gecə 00:00-da bitirdi. Məsələ üç yolla həll oluna bilərdi: Sarkisyan qərarı imzalayır; üç gün ərzində imzalamır və Qasparyanın qovulması qərarı avtomatik olaraq qüvvəyə minir; öz qeydlərini də əlavə edərək baş nazirə qaytarır.

Əgər baş nazir öz qərarını geri götürməsə və yenidən prezidentə yönləndirsə, o zaman sonuncu sənədin uyğunluğu barədə qərar verməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilər. 

-------

17:55

Ermənistan prezidenti Armen Sarkisyanın Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunmasına dair qərar verməsi üçün ayrılan vaxt şənbədən bazara keçən vaxt, gecəyarısı bitir. 

Bunu Sputnik Ermənistan-a prezidentin müşaviri Asmik Petrosyan deyib. 

"Prezident hansısa qərara gəlibmi?" sualına Petrosyan: "Cavab verməkdə çətinlik çəkirəm", - söyləyib.

Bu gün səhər Sarkisyan öz iqamətgahında Qasparyanla görüşüb. Bundan öncə isə prezident Baş Qərargaha gedərək rəhbərliklə görüş keçirmişdi. 

Hazırda parlament önündə keçirilən mitinqdə "Vətənin xilası naminə hərəkat"ın koordinatoru, daşnak İşxan Saqatelyan bildirmişdi ki, prezident 18:00-da qərar verəcək və müxalifət də bundan sonrakı hərəkətləri barədə məlumatı açıqlayacaq. Hüquq mütəxəssisləri isə Sarkisyana verilən müddətin bazar səhəri bitəcəyini qeyd ediblər. Ermənistanda vəziyyət Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etməsilə qarışıb. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Qasparyanın qovulmasını tələb edib.

24
Teqlər:
qərar, prezident, istefa, Baş Qərargah rəisi, dövlət çevrilişi cəhdi, Ermənistan
Mövzu:
Ermənistanda dövlət çevrilişinə cəhd
Co Bayden, arxiv şəkli

Bayden İrana sərt mesaj göndərdi Ehtiyatlı olun

11
(Yenilənib 17:11 27.02.2021)
Pentaqon qeyd edib ki, zərbələr bu yaxınlarda İraqda ABŞ və koalisiya qüvvələrinə qarşı edilən hücuma cavabdır.

BAKI, 27 fevral — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Co Bayden Suriyaya zərbələrdən sonra İrana "ehtiyatlı olmağı" məsləhət görüb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Siz cəza olmadan hərəkət edə bilməzsiniz. <...> Ehtiyatlı olun", - deyə Bayden "Tehrana hansı mesajı göndərmək istəyərsiniz?" sualına cavab olaraq bildirib.

Qeyd edək ki, fevralın 26-da Pentaqon bəyan edib ki, Suriya-İraq sərhədində, İran tərəfdarı olan hərbi "Kataib Hizbullah" və "Kataib Sayid əş-Şuhada" qruplarının mövqelərinə zərbələr endirib. Pentaqon qeyd edib ki, zərbələr bu yaxınlarda İraqda ABŞ və koalisiya qüvvələrinə qarşı edilən hücuma cavabdır.

11
Teqlər:
Suriya, mesaj, Co Bayden, İran, ABŞ
Zəncir, arxiv şəkli

"Narkobaron Alı" ələ keçdi

0
(Yenilənib 18:29 27.02.2021)
Keçirilən növbəti əməliyyat nəticəsində özünü “Alı” kimi təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Allahverdi Orucov tutulub

BAKI, 27 fevral — Sputnik. Bir neçə gün əvvəl Səbail Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə və 9-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Nurlan Kişiyev Nicat İmanquliyevin saxlanılması barədə məlumat verilib.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, qeyd edilən əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Nicat İmanquliyevin yaşadığı evdən ümumi çəkisi 2 kiloqramdan artıq olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. N.İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədi ilə “Alı” adlı şəxsdən əldə etdiyini bildirib.

Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində özünü “Alı” kimi təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Allahverdi Orucov tutulub. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 11 büküm satış üçün qablaşdırılan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin, Abşeron rayonunda yaşadığı mənzilindən isə 5 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb. A.Orucov ifadəsində paytaxt və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Saxlanılan şəxslər barəsində Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar zamanı ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

0
Teqlər:
narkotik, polis, həbs, narkobaron