ABŞ-da, arxiv şəkli

Müharibə, yoxsa rəqabət: ABŞ-Çin münasibətlərindən gözləmək olar?

319
Rövşən İbrahimov bildirib ki, Baydenin Çinlə münasibətlərdə tutacağı müvqe ilə bağlı müxtəlif yanaşmalar var

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. “Təhlükəsizliyimizə və demokratiyamıza qarşı etdiyi təhdidlərlə bağlı ən böyük rəqibimiz Çinlə birbaşa məşğul olacağam. Ancaq Amerika maraqlarına uyğun olacağı halda, Pekinlə işləməyə də hazırıq”. Bu fikirləri ABŞ prezidenti Co Bayden ölkənin xarici siyasəti üzrə Dövlət Departamentindəki nitqində bildirib.

Uzun müddətdir ki, ABŞ və Çin arasındakı iqtisadi, siyasi rəqabət dünya gündəmindən düşmür. İki qlobal gücün rəqabəti dünya iqtisadiyyatına da mənfi təsir göstərib. ABŞ-ın Çin məhsullarına əlavə rüsumlar tətbiq etməsi, paralel olaraq Çinin də oxşar addımlar atması ilə nəticələnib. Bütün bunlar isə ümumilikdə dünyada iqtisadi çalxalanmalara səbəb olub. Gərginliyin həm ABŞ, həm də Çin üçün yaratdığı çətinliklər tərəfləri uzlaşmağa məcbur etdi. Bundan sonra Trampın hakimiyyəti dövründə ABŞ və Çin arasında mərhələlərlə reallaşdırılacaq ticarət sazişi imzalandı. Qeyd edək ki, hazırkı prezident Co Bayden hələ prezidentliyə namizəd olduğu dövrdə Çin ilə ticarət sazişinin çökdüyünü açıqlamışdı. O bildirmişdi ki, Trampın ticarət sazişi ilə bağlı əldə etdiyi razılaşmanın ilk mərhələsi uğursuzluqla nəticələnib və iflasa uğrayıb.

Bəs görəsən, prezidentlik fəaliyyətinə başlamış Bayden və onun administrasiyası Çinlə münasibətlərdə hansı xətti tutacaq?

Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Cənubi Koreyanın Hankuk Universitetinin professoru, politoloq Rövşən İbrahimov bildirib ki, Baydenin Çinlə münasibətlərdə tutacağı müvqe ilə bağlı müxtəlif yanaşmalar var: “Xatırlamaq lazımdır ki, ABŞ-ın Çinlə münasibətlərindəki sərtləşmə Obama hakimiyyəti zamanı başlamışdı. Bu sərt münasibətlərin tək səbəbi iqtisadi deyildi, eyni zamanda ABŞ-ın hərbi-siyasi müstəvidə atdığı addımlar gərginliyi artırırdı. Qeyd etməliyik ki, Çinin dəniz akvatoriyasında güclənməyə çalışması da gərginliyi artıran səbəblərdəndir. Çin bu fəallaşma ilə həmin regiondakı bütün ölkələrlə ərazi münaqişələri yaradıb. ABŞ regionda yaranmış situasiyadan istifadə edərək arbitraj rolunu oynamağa çalışır”.

Professor deyir ki, demokratlar ənənələrinə uyğun olaraq Bayden dönəmində demokratiya, insan haqları ilə gündəm yaradırlar: “Xüsusən də Çində uyğurlara qarşı baş verən problemlərlə bağlı məsələlər həm dünya mətbuatında, həm də ABŞ daxilində tez-tez gündəmə gəlir. Düşünürəm ki, biz bundan sonra ABŞ-Çin münasibətlərinin ritorikasında dəyişikliklərin şahidi olacağıq. Demokratlar hakimiyyətdə olduqca ABŞ xarici siyasətini yenidən şəkilləndirməyə çalışacaqlar. ABŞ regiondakı təsir gücünü qorumaq üçün müttəfiqləri olan Cənubi Koreyaya, Yaponiyaya, eyni zamanda Tayvana xüsusi dəstək verməyə çalışacaq”.

319

Dünyanın məşhur şəlalərindən biri kəskin şaxtaların qurbanı oldu - VIDEO

4
(Yenilənib 13:21 27.02.2021)
Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Hətta ABŞ və Kanada sərhədindəki Niaqara şəlaləsi də donub

Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Belə ki, ABŞ və Kanada sərhədində yerləşən Niaqara şəlaləsi də donub.

Donmuş şəlalə mənzərəsi görmək istəyən turistlərin sayı bu səbəbdən xeyli artıb.

4

ABŞ konqresmeni: Uzunmüddətli sülh bütün dünyanın marağındadır

5
ABŞ və Azərbaycanın 1992-ci ildə, Xocalı faciəsi ilə eyni ildə diplomatik əlaqələr qurduğu, o dövrdən etibarən Azərbaycanın terrorçuluqla müharibədə əsas tərəfdaş olduğu, iki ölkənin ticarət və investisiya əlaqələrinə malik olduğu qeyd edilir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. ABŞ Konqresinin nüfuzlu üzvlərindən olan, Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Robert Aderholt (Respublikaçı – Alabama) Xocalı qətliamının ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən məlumat verilib.

Bəyanatda, 1992-ci ildə Xocalıda qətlə yetirilmiş yüzlərlə azərbaycanlının xatirəsinin yad edilməsinə çağırılır. 1980-ci illərin sonunda Ermənistanla Azərbaycan arasında silahlı münaqişə başlanandan etibarən, Xocalı faciəsinin yüzlərlə insanın həlak olduğu, ailələrin məhv edildiyi və şəhərin dağıldığı ən pis gün olduğu vurğulanır.

2020-ci ildə Ermənistanla Azərbaycan arasında döyüşlərdən sonra, son 30 il ərzində sülhün qarşısında mövcud olan maneələrin aradan qaldırılması üçün ümid yarandığı və dua edildiyi Konqres üzvü tərəfindən diqqətə çatdırılır. Uzunmüddətli sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın bütün Cənubi Qafqaz bölgəsi və dünyanın marağında olduğu bildirilir.

ABŞ və Azərbaycanın 1992-ci ildə, Xocalı faciəsi ilə eyni ildə diplomatik əlaqələr qurduğu, o dövrdən etibarən Azərbaycanın terrorçuluqla müharibədə əsas tərəfdaş olduğu, iki ölkənin ticarət və investisiya əlaqələrinə malik olduğu qeyd edilir.

Bu faciənin ildönümünün qətlə yetirilmiş bütün kişi, qadın, uşaqların xatırlanması, habelə belə amansızlıqların yenidən baş verməməsi baxımından birgə işləmək üçün uyğun zaman olduğu diqqətə çatdırılır.

Qeyd edək ki, 1997-ci ildən ABŞ Konqresinin üzvü olan Robert Aderholt, ABŞ-ın xaricə yardımı üzrə ixtisaslaşmış olduqca nüfuzlu Təxsisatlar Komitəsinin üzvü, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) komissarıdır.

Bəyanatın Konqresdə qeydiyyata alınmış ingilis dilində mətni ilə bu internet səhifəsində tanış olmaq mümkündür.

5
Teqlər:
ABŞ Konqresi, ABŞ, Xocalı, Azərbaycan, Qarabağ

Bazarlığı haradan etməyə üstünlük verirsiniz?

0
0