Mikrofon, arxiv şəkli

Müğənni islam dinindən imtina elədi

16
(Yenilənib 17:02 12.02.2021)
Basma bu addımını ölkəsindəki özünüifadə və qadın hüquqlarının məhdudlaşdırılması ilə izah edib. O, həmçinin İsraillə münasibətlərin normallaşdırılması tərəfdarı olduğunu bildirib

BAKI, 12 fevral — Sputnik. Basma təxəllüsü ilə çıxış edən küveytli müğənni İbtisam Həmid dinini dəyişdiyini bəyan edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, o, islamdan imtina edərək iudaizmi qəbul etdiyini açıqlayıb. тİfaçı 15 saniyəlik videoçarxla pərəstişkarlarına müraciət edib.

​Basma bu addımını ölkəsindəki özünüifadə və qadın hüquqlarının məhdudlaşdırılması ilə izah edib. O, həmçinin İsraillə münasibətlərin normallaşdırılması tərəfdarı olduğunu bildirib.

Müğənninin "islamı terror dini adlandırması" sosial şəbəkələrin ərəbdilli auditoriyası arasında böyük narazılıqla qarşılanıb. İstifadəçilər onun həbs olunmasını tələb ediblər.

Qeyd edək ki, İbtisam Həmid Küveytdə yaşasa da, İraq vətəndaşıdır.

16
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda COVID-19-dan ölənlərin sayı 3200-ə çatır

4
(Yenilənib 18:31 27.02.2021)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 113,4 milyonu keçib, 2,51 milyondan çox insan isə virus səbəbilə ölüb.

BAKI, 27 fevral — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 171793-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 283 nəfər artıb.

Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3190-na çatıb. Xəstəlikdən sağalanların sayı 163309 nəfər olub. Hazırda bu ölkədə 4481 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 113,4 milyonu keçib, 2,51 milyondan çox insan isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

4
Teqlər:
statistika, Koronavirus, epidemiya, COVID-19, Ermənistan
Mövzu:
Yeni tip koronavirus pandemiyası
 Armen Sarkisyan, arxiv şəkli

Ermənistan prezidentindən manevr: qərarı Paşinyana qaytardı - YENİLƏNİB

28
(Yenilənib 18:26 27.02.2021)
Bu gün səhər Sarkisyan öz iqamətgahında Qasparyanla görüşüb. Bundan öncə isə prezident Baş Qərargaha gedərək rəhbərliklə görüş keçirmişdi.

BAKI, 27 fevral - Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə qərarı özünün əsaslandırmalarını da qeyd edərək baş nazir Nikol Paşinyana qaytarıb. 

Bu barədə Sputnik Ermənistan yazır.

Qərar qəbul etmək üçün Sarkisyanın 3 günü vardı, vaxt da bu gecə 00:00-da bitirdi. Məsələ üç yolla həll oluna bilərdi: Sarkisyan qərarı imzalayır; üç gün ərzində imzalamır və Qasparyanın qovulması qərarı avtomatik olaraq qüvvəyə minir; öz qeydlərini də əlavə edərək baş nazirə qaytarır.

Əgər baş nazir öz qərarını geri götürməsə və yenidən prezidentə yönləndirsə, o zaman sonuncu sənədin uyğunluğu barədə qərar verməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilər. 

-------

17:55

Ermənistan prezidenti Armen Sarkisyanın Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunmasına dair qərar verməsi üçün ayrılan vaxt şənbədən bazara keçən vaxt, gecəyarısı bitir. 

Bunu Sputnik Ermənistan-a prezidentin müşaviri Asmik Petrosyan deyib. 

"Prezident hansısa qərara gəlibmi?" sualına Petrosyan: "Cavab verməkdə çətinlik çəkirəm", - söyləyib.

Bu gün səhər Sarkisyan öz iqamətgahında Qasparyanla görüşüb. Bundan öncə isə prezident Baş Qərargaha gedərək rəhbərliklə görüş keçirmişdi. 

Hazırda parlament önündə keçirilən mitinqdə "Vətənin xilası naminə hərəkat"ın koordinatoru, daşnak İşxan Saqatelyan bildirmişdi ki, prezident 18:00-da qərar verəcək və müxalifət də bundan sonrakı hərəkətləri barədə məlumatı açıqlayacaq. Hüquq mütəxəssisləri isə Sarkisyana verilən müddətin bazar səhəri bitəcəyini qeyd ediblər. Ermənistanda vəziyyət Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etməsilə qarışıb. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Qasparyanın qovulmasını tələb edib.

28
Teqlər:
qərar, prezident, istefa, Baş Qərargah rəisi, dövlət çevrilişi cəhdi, Ermənistan
Mövzu:
Ermənistanda dövlət çevrilişinə cəhd
Mingəçevirdə ölü qarğa

Mingəçevirdə qarğalar qırılır - FOTO

0
(Yenilənib 18:39 27.02.2021)
Şəhər sakinləri son bir həftədə quşların ölümünü daha çox müşahidə etdiklərini deyirlər. Qarğa leşlərinə şəhər xəstəxanasının həyətində də rast gəlinir.

Rahim Məmmədov, Sputnik Azərbayacan

BAKI, 27 fevral — Sputnik. Qarğaların 250-300 il yaşaması haqda əfsanələr dolaşsa da, əslində, bu səs-küylü quşlar 15-20, ən çoxu isə 30-40 il ömür sürür. Onlar əsasən zibil poliqonlarında daha çox gözə dəyir. Əsasən bitkilər, böcəklər, qida qalıqları ilə dolanırlar. Qarğalar təhlükə ilə üz-üzə qaldıqda və ya yem tapdıqda daha çox səs-küy salmaları ilə seçilirlər. Sputnik Azərbaycan xəbər verir ki, son bir həftədə Mingəçəvir şəhəri ərazisində bu canlıların kütləvi ölümü müşahidə edilir. Şəhər sakini Mobil Ələkbərov Sputnik Azərbaycan-a bildirib ki, parklarda, küçələrdə qarğa leşlərinə son günlər tez-tez rast gəlinir: 

© Sputnik / Rahim Mammadov
Mingəçevirdə ölü qarğalar
“Mən şəxsən bu gün şəhər ərazisində beş qarğanın ölüb düşdüyünü görmüşəm. Amma bilmirəm ölüm səbəbi nədir. Onu həkimlər, mütəxəssislər araşdırmalıdırlar. Onu da deyim ki, 10-15 gündür, belə ölüm halları çoxdur. Əvvəlki günlərdə qarğa leşlərinə rast gəlməmişdim”.

Qarğaların kütləvi ölümü hər hansı xəstəliyin yayılmasına səbəb ola bilər. Elə bunu nəzərə alan Mingəçevir sakinləri narahatdırlar. Şəhər sakini Mehman Məlikov aidiyyatı qurumları tezliklə hərəkətə keçməyə, quşların ölüm səbəbini müəyyən etməyə səsləyib.

  • Mingəçevirdə ölü qarğalar
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə ölü qarğalar
    © Sputnik / Rahim Mammadov
  • Mobil Ələkbərov
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə ölü qarğalar
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə ölü qarğalar
    © Sputnik / Rahim Mammadov
1 / 5
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə ölü qarğalar

“Bir həftə, bəlkə də çox olar, parklarda, küçələrdə qarğa leşlərinə rast gəlirik. Yəqin ki, xəstəlikdən ölürlər, bunu dəqiq deyə bilmərəm. Aidiyyatı qurumlara müraciət edirik ki, bunu araşdırsınlar, öyrənək, görək nədən ölür bu canlılar. Küçədə hərəkət edən zaman görürsən, qəfildən göydən nəsə düşdü. Baxırsan ki, qarğadır, ağacdan leşi düşür. Onlar uzunömürlüdür, qəfildən belə çoxlu ölümü səbəbsiz deyil”.

Şəhər ərazisində quşların qara, ağ-qara və digər bəzəkli növlərinin leşlərinə rast gəlinir. Həmçinin Mingəçevir Şəhər Xəstəxanasının həyətində də quşların ölüsünü görmək olur. Qarğaların kütləvi ölüm səbəbini öyrənmək üçün Mingəçevir şəhər Baytarlıq İdarəsinə müraciət etdik. İdarə rəisi Talıb Talıbov Sputnik Azərbaycan-ın bölgə müxbirinə məsələdən xəbərsiz olduğunu bildirib. Həmçinin şəhər sakinlərinin idarəyə müraciət etmədiklərini deyib.

0
Teqlər:
ölüm, qarğa, Mingəçevir