Sputnik V peyvənd, arxiv şəkli

Türkiyə Rusiyaya şərt qoydu

54
(Yenilənib 21:31 10.02.2021)
Həmçinin F.Koca qeyd edib ki, Türkiyəyə bu ayın sonunadək 500-800 min doza, martın sonunadək isə 5 milyon doza Biontech peyvəndi gətirilməsi gözlənilir

BAKI, 10 fevral - Sputnik. Türkiyə COVID-19 əleyhinə "Sputnik V" peyvəndini qeydiyyata alaraq istehsal edə bilər. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bu gün Elmi Qurumun iclasından sonra keçirilən brifinqdə deyib.

Ancaq F.Koca deyib ki, bu, yalnız "Sputnik V" vaksininin toksikoloji testlərdən keçəcəyi hada mümkün olacaq. 

​Həmçinin F.Koca qeyd edib ki, Türkiyəyə bu ayın sonunadək 500-800 min doza, martın sonunadək isə 5 milyon doza Biontech peyvəndi gətirilməsi gözlənilir. Çinlə isə Türkiyə 100 milyon doza SinoVach peyvəndinin alınması barədə razılığa gəlib.

Türk nazir Twitter hesabından koronavirus əleyhinə ikinci doza peyvəndi vurdurduğunu da qeyd edib. 

 

 

54
Teqlər:
Rusiya, Türkiyə, Sinovac Biotech, Sputnik-V peyvəndi, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası (630)
NATO-nun Baş katibi Yens Stoltenberq, arxiv şəkli

Yens Stoltenberq: Gürcüstan Ukrayna NATO üzvü olacaqlar

86
NATO-nun Baş katibi: "Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik".

BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".

Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.

"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.

Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.

86
Teqlər:
Gürcüstan, Ukrayna, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO
Asteroid

Yer kürəsi təhlükədə - beş asteroid birdən yaxınlaşır

205
(Yenilənib 00:52 06.03.2021)
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.

Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.

Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.

205

Rusiya məktəblərində inqilabi addım: Uşaqlara qarşı rəqəmsal cinayətlərin qarşısı alınacaq

0
(Yenilənib 00:13 06.03.2021)
Rusiyanın Təhsil naziri: "Biz uşaqları təəssüf ki, alçaq məqsədlərlə yayılmış, qətiyyən qəbuledilməz olan neqativ informasiyalardan qoruyacağıq",

BAKI, 6 mart - Sputnik. İlin sonuna qədər Rusiya məktəbləri yalnız təsdiqlənmiş kontentə giriş üçün nəzərdə tutulan Wi-Fi şəbəkəsinə qoşulacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın Təhsil Naziri Sergey Kravtsov "Rossiya24" telekanalının efirində Nailə Əsgər-Zadəyə verdiyi müsahibəsində deyib. 

"Biz uşaqları təəssüf ki, alçaq məqsədlərlə yayılmış, qətiyyən qəbuledilməz olan neqativ informasiyalardan qoruyacağıq", - deyə nazir bildirib. 

Kravtsov ilin sonuna qədər bütün şəhər məktəblərinin saniyədə ən az 100 meqabit, kənd məktəblərinin saniyədə 50 meqabit sürətlə internetə qoşulacağını vurğulayıb.

Bu həftənin əvvəlində Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegiya iclasında interneti izləməyin və uşaqları orada qanunsuz hərəkətlərə cəlb edənlərin müəyyənləşdirilməsinin vacibliyindən danışıb.
Daha sonra "Biz Birlikdəyik" aksiyasının iştirakçıları ilə görüşdə prezident internet vasitəsilə uşaqlar arasında uşaq pornoqrafiyasının və narkotik maddələrin təbliğ olunduğunu qeyd edib.

O, həmçinin vurğulayıb ki, internet belə şəxslər üçün yetkinlik yaşına çatmayanlardan istifadə edərək qazanc əldə etmək mənbəyidir. Bundan sonra İstintaq Komitəsinin rəhbəri Aleksand Bastrıkin tabeliyində olanlara "internetə sızmağı" və rəqəmsal cinayətlərlə daha aktiv işləməyi tapşırıb.

0