Sputnik V peyvəndi, arxiv şəkli

Avropa İttifaqı Rusiya üçün yaşıl işıq yandırdı

684
Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib

BAKI, 9 fevral — Sputnik. Dərman vasitələri üzrə Avropa Agentliyi (EMA) Rusiya istehsalı "Sputnik V"-nin İttifaq ərazisində qeydiyyatdan keçməsi üçün imkan yaradıb. Bu preparat üzrə elmi məsləhətləşmələr başa çatıb. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Rusiya Birbaşa İnvestisiyalar Fondu “Sputnik V”nin Avropa İttifaqında qeydiyyata alınması üçün yanvarın 29-u ərizə göndərib və ərizənin qəbul olunması ilə bağlı təsdiq mesajı alıb. Peyvəndin təsdiqlənməsi sürəti Avropa requlyatoru tərəfindən müəyyənləşdirilir.

EMA "Sputnik V"-nin Avropa bazarlarında tətbiqini təsdiqləmək üçün ərizə gözləyir. Agentliyin mənbəsinin sözlərinə görə, hazırkı mərhələdə razılaşmanın nə qədər vaxta alınması barədə danışmaq tezdir. Qeyd olunur ki, EMA-nın təsdiqləməsinə qədər Avropa İttifaqı Rusiya preparatının mərkəzləşdirilmiş şəkildə alınmasına dair razılığa gəlib.

Qeyd edək ki, fevralın 2-si "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib.

Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib.

Həm peyvənd, həm də plasebo vurulmuş 19 866 könüllünün analiz təhlilləri göstərir ki, hər iki dozadan sonra peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"ın - 79,3% təşkil edir.

Tədqiqatın vacib bir hissəsi də 60 yaşdan yuxarı könüllülərin sınaqlarda iştirakı ilə bağlı idi (peyvənd qrupunda ən yaşlı iştirakçının 87, plasebo qrupunda isə 84 yaşı olub). Yaşlılar üçün təhlükəsizlik göstəriciləri yüksək olub. 60 yaşdan yuxarı 2144 könüllü üçün effektivlik 91,8% təşkil edib ki, bu da 18-60 yaş arası könüllülər qrupunda əldə edilən məlumatlardan statistik olaraq fərqlənmir.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib hazırlanıb. Bu, dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

684
Teqlər:
Rusiya, Avropa İttifaqı, Sputnik-V peyvəndi, vaksinasiya, vaksin
Mövzu:
Yeni tip koronavirus pandemiyası (630)
Fransalı deputat Olivye Dasso həyat yoldaşı Aleksandra və qızı Helena ilə, arxiv şəkli

Fransalı deputat pilotla birlikdə helikopter qəzasında həlak olub

7
(Yenilənib 23:30 07.03.2021)
Hadisə nəticəsində Fransa parlamentinin deputatı, 69 yaşlı milyarder Olivye Dasso və pilot həlak olublar.

BAKI, 7 mart - Sputnik. Fransanın şimalında, Normandiya ərazisində helikopter qəzası baş verib. Sputnik Azərbaycan Fransa mediasına istinadla xəbər verir ki, helikopter Tuk kommunası ərazisinə düşüb.

Hadisə nəticəsində Fransa parlamentinin deputatı, milyarder, 69 yaşlı Olivye Dasso həlak olub. Qəza zamanı Respublikaçılar Partiyasının üzvü ilə yanaşı helikopterin pilotu da həlak olub.

Fransa prezidenti Emmanuel Makron Twitter hesabında həlak olanların ailələrinə başsağlığı verib.

Olivye Dassonun atası Serj Dasso məşhur siyasətçi və biznesmen olub. 

7
F-16 qırıcısı, arxiv şəkli

ABŞ qırıcılar üçün yeni lazer toplarını sınaqdan keçirəcək

8
(Yenilənib 22:20 07.03.2021)
Yayda topun enerji qurğusu və şüanın idarə edilməsi sistemi hazır olacaq. 2024-cü ildə bütün kompleksin tam yerüstü sınaqları başlayacaq.

BAKI, 7 mart — Sputnik. ABŞ-da yeni lazer topunun maketi hazırlanıb. Həmin toplarla qırıcılar təchiz ediləcəklər. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Shield sisteminin sınaqdan keçirilməsinə yayda başlanılacaq. Yayda topun enerji qurğusu və şüanın idarə edilməsi sistemi hazır olacaq. 2024-cü ildə bütün kompleksin tam yerüstü sınaqları başlayacaq.

Planlaşdırıldığına görə, lazertəyyarəyə yaxınlaşan "yer-hava" və "hava-hava" tipli raketləri vurmalıdır.

Ekspertləri isə hesab edirlər ki, enerji qurğusunun ölçülərinə görə lazerlərin hərbi təyyarələrə inteqrasiyasına on illər lazımdır.

8
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0