Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

© AFP 2023 / DIEGO LIMA Работники кладбища копают могилы для погибших от коронавируса, фото из архива
 Работники кладбища копают могилы для погибших от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.02.2021
Abunə olmaq
Ermənistanda son gündə daha 3 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3126 - ya çatıb. Xəstəlikdən sağalanların sayı 168 300 nəfər olub.

BAKI, 9 fevral — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 168 300-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 123 nəfər artıb.

Ermənistanda son gündə daha 3 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3126 - ya çatıb. Xəstəlikdən sağalanların sayı 168 300 nəfər olub. Hazırda bu ölkədə 4 221 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 106 milyonu keçib, 2,31 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Xəbər lenti
0