Həkimlər əməliyyat zamanı, arxiv şəkli

Gözəlləşmək istədi, burnundan oldu - FOTO

420
(Yenilənib 00:36 09.02.2021)
Aktrisa bir sıra çəkilişləri ləğv etməli olub. Bu azmış kimi, o, müqavilə ilə öhdəliklərini pozduğu üçün daha iki milyon yuan (525 min manatdan artıq) itirməklə üzləşib. Bundan əlavə, toxumaların bərpası üçün yeni əməliyyat üçün bir il keçməlidir

BAKI, 8 fevral — Sputnik. Gözəlləşmək üçün plastik əməliyyat etdirən çinli aktrisa və müğənni Gao Lyunun burnunun ucu qaralıb və çürüməyə başlayıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ulduz, burnunda "mikro düzəliş" üçün klinikaya gedib. Əməliyyat dörd saat davam edib. Lakin nəticələr onun gözlədiyi kimi olmayıb. Nəticədə Gao Lyu "burun ucu nekrozu" ilə iki ay xəstəxanada yatıb.

Bu səbəbdən aktrisa bir sıra çəkilişləri ləğv etməli olub. Bu azmış kimi, o, müqavilə ilə öhdəliklərini pozduğu üçün daha iki milyon yuan (525 min manatdan artıq) itirməklə üzləşib. Bundan əlavə, toxumaların bərpası üçün yeni əməliyyat üçün bir il keçməlidir. Daha sonra məlum olub ki, klinikaya bu proseduru həyata keçirmək səlahiyyəti verilməyib. Çinli ulduz klinikadan təzminat tələb etmək niyyətindədir.

420
Nikol Paşinyan, arxiv şəkli

Ermənistan olayları - Paşinyana göz dağı verilib siyasətdəki inam mühiti zədələnib

381
(Yenilənib 15:20 03.03.2021)
Öztarsu: "Müharibədən sonra isə Koçaryan və Sarqsyanın Moskva ilə danışıqlar aparmasına dair xəbərlər yayıldığından, ordunun mövcud iqtidardan duyduğu narahatlıq artıq üzə çıxdı"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Ermənistanda gözlənilmədən başlayan və bir həftəyə yaxın müddətdir ki davam edən hökumət böhranı öz kulminasiyasına çatmaqdadır. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı və onun rəhbəri Onik Qasparyan tərəfindən başladılan çevriliş cəhdi, həm iqtidar, həm də müxalifətin bir-birilərin ünvanına sərt ifadələr səsləndirməsi, paytaxt Yerevanda mitinqlər keçirməsi ilə nəticələndi. Ermənistan Baş naziri Nikol Paşinyanın Baş Qərargah rəisini istefaya göndərmək barədə qərarı isə ölkə prezidenti Armen Sarkisyan tərəfindən iki dəfə imzalanmadı. Sarkisyan bu qərarın özünün deyil, hələ 2018-ci ildə "Hərbi xidmət və hərbçilərin statusu" haqqında edilən dəyişikliklərin Konstitusiyaya uyğunluğunu nəzərdən keçirməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Bundan sonra Ermənistan Konstitusiyasına görə, Paşinyanın Onik Qasparyanı tutduğu vəzifədən azad etmək qərarı avtomatik qüvvəyə minəcək. Düzdür proseslərin inkişafı Paşinyanın xeyrinə ola bilər, lakin istefaya göndəriləcək Onik Qasparyanın və onu dəstəkləyən Ermənistan müxalifətinin belə asanlıqla təslim olacağını da gözləmək yanlış olardı.

Sputnik Azərbaycan Ermənistanda baş verən son olaylarla bağlı Türkiyənin "Strategic Outlook" beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu həmsöhbət olub.

Türkiyənin Strategic Outlook beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu
Türkiyənin "Strategic Outlook" beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztars

Öztarsu qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ müharibəsi zamanı məğlubiyyətdən sonra xalq arasında azalan nüfuzu müxalifətin əlini gücləndirib: "Bundan əlavə, 2018-ci ildə Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarqsyanla bağlı cinayət işləri başlatmaqla daha çox düşmən kütlə qazanan Paşinyanın istefa tələblərinə cavab verməməsi ölkədəki narahatlığı artırdı. Çevriliş mövzusu, Paşinyan müharibə zamanı məğlubiyyət siqnalları aldığı zaman müxalif dairələrin dilə gətirdiyi mövzu idi. Müharibədən sonra isə Koçaryan və Sarqsyanın Moskva ilə danışıqlar aparmasına dair xəbərlər yayıldığından, ordunun mövcud iqtidardan duyduğu narahatlıq artıq üzə çıxdı".

Qafqaz üzrə ekspert bildirib ki, Koçaryan və Sarqsyan birbaşa çevrilişə cəhd etmələri kiçik bir ehtimaldır: "Hətta çevrilişin özünün baş tutması özü belə kiçik bir ehtimaldır. Çünki belə bir hadisə Ermənistanın dünyadakı imicini ciddi bir şəkildə zədələyər. Bunun əvəzinə, Paşinyanın istefaya məcbur edilməsi və bu prosesdə daha çox səhv etməsi müxalifətin istədiyi bir durumdur. Çevriliş cəhdi bəzi generalların öz iradəsi ilə yanaşı, onları arxa plandan idarə edən siyasətçilərin nəbz yoxlaması da ola bilər. Nəticə olaraq Paşinyana göz dağı verilmiş və siyasətdəki inam mühiti zədələnmişdi. Paşinyanın gələcəkdə siyasətdən kənara çəkilib, yerini sabiq rəhbərlərdən birinə verməsi ehtimalı da yüksəkdir".

Öztarsu vurğulayıb ki, hazırda baş verənlər Ermənistanın "Qafqazda demokratiya adası" fikrinə də zərər vurub: "Bundan sonra ermənilər özlərini regionun digər ölkələri ilə demokratiya planında müqayisə edə bilməyəcəklər. Eyni zamanda xalqın bir qisminin çevriliş cəhdini dəstəklədiyini nəzərə alarsaq, Ermənistan cəmiyyətinin demokratiyadan nə qədər uzaq olduğunu göstərdi. Hadisələrin Rusiyaya baxan istiqamətinə nəzər salsaq görərik ki, Paşinyanın "İskəndər" raketləri ilə bağlı söylədikləri sözlər onun Rusiyaya heç bir şəkildə güvənmədiyini göstərir. Onsuz da, Paşinyan hakimiyyətinin ilk anlarından bəri Moskva ilə məsafəli davranırdı. Böyük ehtimal Rusiya ilə aralarındakı münasibət bundan sonra da eyni soyuqluqla davam edəcək. Moskva isə onu "istənilməyən ortaq" olaraq dəyərləndirməyə davam edəcək".

381
Uill Smit, arxiv şəkli

Məşhur aktyor özünü siyasətdə sınayacaq

8
(Yenilənib 13:38 03.03.2021)
Smit: “Mən nikbinəm və insanlar arasında anlaşma və harmoniyanın ola biləcəyinə inanıram. Aktyorluqla məşğul olsam da, siyasi arenaya girsəm də buna mütləq töhfə verəcəyəm”.

BAKI, 3 mart — Sputnik. Amerikalı aktyor və rejissor Uill Smit özünü siyasət aləmində sınayacaq.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki,  sənətçi yaxın gələcəkdə hansısa siyasi post üçün müraciət edəcəyini bildirib: “Mən nikbinəm və insanlar arasında anlaşma və harmoniyanın ola biləcəyinə inanıram. Aktyorluqla məşğul olsam da, siyasi arenaya girsəm də buna mütləq töhfə verəcəyəm”.

Bununla yanaşı, o, fəaliyyət sahəsini nə vaxt dəyişəcəyini deməyib.

Afroamerikalı ulduz ötən il ABŞ-da rasizmə qarşı etirazları dəstəkləyib. O, hətta bu problem üçün bir araya gələn müasir gəncliklə fəxr etdiyini də dilə gətirib.

Beş il əvvəl aktyor ABŞ-da prezidentliyə namizəd ola biləcəyini demişdi.

8
Bakıda zibil qutuları, arxiv şəkli

Bakının sərt məişət tullantıları: problemin həlli

0
"Təmiz Şəhər" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Məlikov Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında "Təmiz Şəhər" ASC-nin paytaxtdakı zibilliklərlə mübarizə prosesində hansı rolu oynadığından danışacaq.

Planetimizin sakinləri hər gün min ton lazımsız materialdan qurtulur. Bu, hamının başa düşdüyü mənada tullantı deməkdir. Ancaq tullantıların içində qiymətli materiallar da var: sonradan istifadə oluna biləcək şüşə qablar, kağız, platik materiallar və s. Mütəxəssislər bu fikirdədirlər ki, həmin materiallardan təkrar istifadə planetin ekologiyası ilə bağlı yükü əhəmiyyətli dərəcədə azalda bilər.

Bakıda da uzun illərdir ki, bu problem aktualdır. Orta hesabla hər bir Bakı sakini ildə 350 kq məişət tullantısı istehsal edir. Bu rəqəmi sayı 2,2 milyondan (rəsmi məlumatlara əsasən) çox Bakı əhalisinin sayına vursaq, hər il paytaxtda nə qədər böyük həcmdə tullantı istehsal olunduğunu təsəvvür etmək mümkündür. Sakinlər qarşısıalınmaz zibilxanaların yaranması ilə bağlı problemlərdən şikayətlənirlər. Bu problemi həll etmək üçün 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Təmiz şəhər" ASC yaradıldı. Bu addım qısa müddətdə sərt məişət tullantılarının idarə olunması üzrə düzgün sistemin yaradılması sayəsində paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılmasında mühüm uğur qazanmağa imkan verdi. Ancaq qarşıda həll olunmalı problemlər də var.

"Təmiz Şəhər" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Məlikov fevralın 9-da, saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək onlayn mətbuat konfransında 2018-2022-ci illər üzrə Sərt Tullantıların İdarə Edilməsi üzrə Milli Strategiyanın necə həyata keçirilməsi və "Təmiz Şəhər" ASC-nin paytaxtdakı zibilliklərlə mübarizə prosesində hansı rolu oynadığı barədə danışacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

0