Gözlənilməz üçbucaq – Böyük təlim üçün bir araya gəlirlər

© Photo : Hurriyet.com.trarxiv şəkli
arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.02.2021
Abunə olmaq
Növbəti çoxtərəfli hərbi-dəniz təlimləri Hind okeanın şimalında 2021-ci ilin fevral ayının ortalarında baş tutacaq.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. Rusiya, Çin və İran Hind dənizində hərbi təlimlər keçirəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan bildirib.

“Növbəti çoxtərəfli hərbi-dəniz təlimləri Hind okeanın şimalında 2021-ci ilin fevral ayının ortalarında baş tutacaq. Təlimlərin gedişi zamanı həmçinin axtarış-xilasetmə əməliyyatları zamanı qarşılıqlı əməkdaşlıq və gəmiçiliyin təhlükəsizliyinin təmin olunması təlimləri keçiriləcək”, - deyə səfir bildirib.

Qeyd edək ki, sonuncu dəfə 2019-cu ilin dekabr ayında Rusiya, İran və Çinin iştirakı ilə “Dəniz təhlükəsizlik kəməri” şərti adı altında hərbi-dəniz təlimləri keçirilmişdi. 

Xəbər lenti
0