COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı 168 mini keçdi

15
(Yenilənib 15:12 08.02.2021)
Ermənistanda son gündə daha 6 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3123-ə çatıb. Xəstəlikdən sağalanların sayı 159876 nəfər olub.

BAKI, 8 fevral — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 168177-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 89 nəfər artıb.

Ermənistanda son gündə daha 6 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3123-ə çatıb. Xəstəlikdən sağalanların sayı 159876 nəfər olub. Hazırda bu ölkədə 4395 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 106 milyonu keçib, 2,31 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

15
Fransalı deputat Olivye Dasso həyat yoldaşı Aleksandra və qızı Helena ilə, arxiv şəkli

Fransalı deputat pilotla birlikdə helikopter qəzasında həlak olub

7
(Yenilənib 23:30 07.03.2021)
Hadisə nəticəsində Fransa parlamentinin deputatı, 69 yaşlı milyarder Olivye Dasso və pilot həlak olublar.

BAKI, 7 mart - Sputnik. Fransanın şimalında, Normandiya ərazisində helikopter qəzası baş verib. Sputnik Azərbaycan Fransa mediasına istinadla xəbər verir ki, helikopter Tuk kommunası ərazisinə düşüb.

Hadisə nəticəsində Fransa parlamentinin deputatı, milyarder, 69 yaşlı Olivye Dasso həlak olub. Qəza zamanı Respublikaçılar Partiyasının üzvü ilə yanaşı helikopterin pilotu da həlak olub.

Fransa prezidenti Emmanuel Makron Twitter hesabında həlak olanların ailələrinə başsağlığı verib.

Olivye Dassonun atası Serj Dasso məşhur siyasətçi və biznesmen olub. 

7
F-16 qırıcısı, arxiv şəkli

ABŞ qırıcılar üçün yeni lazer toplarını sınaqdan keçirəcək

8
(Yenilənib 22:20 07.03.2021)
Yayda topun enerji qurğusu və şüanın idarə edilməsi sistemi hazır olacaq. 2024-cü ildə bütün kompleksin tam yerüstü sınaqları başlayacaq.

BAKI, 7 mart — Sputnik. ABŞ-da yeni lazer topunun maketi hazırlanıb. Həmin toplarla qırıcılar təchiz ediləcəklər. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Shield sisteminin sınaqdan keçirilməsinə yayda başlanılacaq. Yayda topun enerji qurğusu və şüanın idarə edilməsi sistemi hazır olacaq. 2024-cü ildə bütün kompleksin tam yerüstü sınaqları başlayacaq.

Planlaşdırıldığına görə, lazertəyyarəyə yaxınlaşan "yer-hava" və "hava-hava" tipli raketləri vurmalıdır.

Ekspertləri isə hesab edirlər ki, enerji qurğusunun ölçülərinə görə lazerlərin hərbi təyyarələrə inteqrasiyasına on illər lazımdır.

8
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0