Qədim yəhudi bayramı Trampı impiçmentdən xilas edəcək

© AP Photo / Alex BrandonДональд Трамп, фото из архива
Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.02.2021
Abunə olmaq
"Biz müraciətə ehtiramla yanaşırıq və əlbəttə ki, ona müsbət cavab verəcəyik", - deyə Çak Şumerin nümayəndəsi Castin Qudmen bildirib.

BAKI, 7 fevral - Sputnik. Amerikalı qanunvericilər keçmiş prezident Donald Trampa qarşı impiçment prosedurunu fevralın 12-də dayandıra bilərlər. Sputnik Azərbaycan xəbər verir ki, bu braədə The New York Times yazıb.

Qəzetin əlinə Trampın vəkili Devid Şonun Senatdakı demokratik çoxluğun lideri Çak Şumerə və respublikaçı azlığın rəhbəri Mitç Makkonnellə və senator Patrik Lixiyə göndərdiyi məktub keçib. Vəkil qanunvericilərdən prosedurun dayandırılmasını xahiş edib. O, xahişini Şabbat bayramının (yəhudi bayramı - red.) başlanması ilə izah edib.

Sözügedən məktuba müsbət cavab veriləcəyi gözlənilir.

"Biz müraciətə ehtiramla yanaşırıq və əlbəttə ki, ona müsbət cavab verəcəyik", - deyə Çak Şumerin nümayəndəsi Castin Qudmen bildirib.

Xəbər lenti
0