Zəlzələ İranı da silkələdi

14
(Yenilənib 11:42 06.02.2021)
Zəlzələ barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi açıqlama yayıb. Yeraltı təkanlar Kirman əyalətində qeydə alınıb

BAKI, 6 fevral — Sputnik. İranda 4,7 bal gücündə zəlzələ baş verib.

Sputnik Azərbaycan İranın "Mehr" xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi açıqlama yayıb.

Məlumata görə, zəlzələ Kirman əyalətində yerləşən Raver şəhərində baş verib. Zəlzələ yerli vaxtla 02.16-da qeydə alınıb.

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Ermənistan ərazisində, Göyçə gölünün yanında 5,2 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Qazax, Tovuz, Gədəbəy, Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.

14
Teqlər:
zəlzələ, İran
Rotterdamda Erazm körpüsü Niderland bayrağının rənglərində, arxiv şəkli

"Eurovision-2021" qısaldılmış formatda keçiriləcək

4
(Yenilənib 10:53 03.03.2021)
Yeni ssenari çərçivəsində hər bir nümayəndə heyətində iştirakçıların sayı əvvəlki müsabiqələrlə müqayisədə ixtisara salınacaq. Tədbirdə iştirak edəcək jurnalistlərin sayı isə 500 nəfərə qədər məhdudlaşdırılacaq.

BAKI, 3 mart — Sputnik. "Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsi online formatda keçiriləcək, nümayəndə heyətlərinin tərkibi və jurnalistlərin sayı ixtisar olunacaq. Mahni müsabiqəsində tamaşaçıların olub-olmaması barədə qərar isə hələ qəbul edilməyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Avroviziya" müsabiqəsinin təşkilatçıları məlumat yayıb.

Yeni ssenari çərçivəsində hər bir nümayəndə heyətində iştirakçıların sayı əvvəlki müsabiqələrlə müqayisədə ixtisara salınacaq. Tədbirdə iştirak edəcək jurnalistlərin sayı isə 500 nəfərə qədər məhdudlaşdırılacaq, daha 1000 jurnalist isə müsabiqəni xüsusi mətbuat mərkəzindən işıqlandıracaq.

"Avroviziya-2021" müsabiqəsinə tamaşaçıların buraxılması barədə qərar isə sonra müzakirə olunacaq. Təşkilatçılar şəraitin dəyişə biləcəyini istisna etmirlər.

4
Nadim Raza

Pakistanın Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gəlib

6
(Yenilənib 11:06 03.03.2021)
Martın 6-na kimi davam edəcək səfər çərçivəsində general Nadim Raza Azərbaycanda bir sıra görüşlər keçirəcək.

BAKI, 3 mart — Sputnik. Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə Sputnik Azırbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Martın 6-na kimi davam edəcək səfər çərçivəsində general N.Raza bir sıra görüşlər keçirəcək.

6
Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Azərbaycanın tanınmış alimi koronavirusdan vəfat etdi

0
(Yenilənib 12:21 03.03.2021)
Tarixçi bir müddət idi ki, koronavirusa görə müalicə alırdı. O ötən ay ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

BAKI, 3 mart — Sputnik. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə onun yaxın dostu Qələndər Muxtarlı məlumat verib.

Xatırladaq ki, tarixçi bir müddət idi ki, koronavirusa görə müalicə alırdı. O ötən ay ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub.

O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı dipıoma bitirib və həmin fakültənin aspiranturasında saxlanılıb. Dilavər Əzimli 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr nazirliyində aparıcı mütəxəssis işləyib. 1994-cü ildən 2004-cü ilə kimi Azərbaycan mətbuatında müxtəlif qəzet və jurnallarda çalışıb. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsində çalışırdı, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasının müəllimi idi. Evlidir, iki övladı var.

Əzimli bir monoqrafiya, bir kitab müəllifidir.

0