"Diriliş Ərtoğrul" serialı amerikalı qadını İslam dininə və türkçülüyə aşiq etdi

© Photo : Tekden Film / Diriliş Ertuğrul / 2014Kadr: "Diriliş Ertuğrul"
Kadr: Diriliş Ertuğrul - Sputnik Azərbaycan, 1920, 05.02.2021
Abunə olmaq
Pandemiyadan sonra Türkiyəyə köçəcəyini deyən Xədicənin ən böyük arzusu Ərtoğrulun məzarını ziyarət etməkdir.

BAKI, 5 fevral — Sputnik. ABŞ-ın Vinkonsin əyalətində "Diriliş Ərtuğrul" serialından təsirlənən 60 yaşında bir qadın, İslam dinini qəbul edib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, qadın təkcə dini yox, həm də adını dəyişib: "Bir gün əhvalım yaxşı olmadığı zaman "Netflix"-də "Diriliş Ertoğrul" adlı bir seriala rast gəldim. Haqqında heç bir şey bilmədiyim bir tarix - Allah, İslam, barış, ədalət və məzlumlara kömək haqqında bir film.. Eşitdiklərim diqqətimi çəkdi. İslam dininə, türkçülüyə aşiq oldum. Öz bölgəmizdə kiçik bir məscid var, ora gedib namaz qıldım. Tanışlarım məni buna görə qınadılar. Amma bu, mənim seçimimdir".

Xədicənin hazırkı hədəfi Türkiyəni görməkdir. Pandemiyadan sonra Türkiyəyə köçəcəyini deyən Xədicənin ən böyük arzusu Ərtoğrulun məzarını ziyarət etməkdir. Bundan başqa, qadın türk mətbəxini də öyrəndiyini deyib. Babalarının Norveçdən Amerikaya gəldiyini deyən türk aşiqi DNT analizi də etdirib. Amerikalı qadın kökündə az da olsa türk mənşəyi olacağını gözləyir.

Xəbər lenti
0