Fransa prezidenti Emmanuel Makron, arxiv şəkli

Ərdoğandan Makrona sərt sözlər: "Sən "sarı jiletlilər" məsələsini həll et"

181
(Yenilənib 22:09 05.02.2021)
"Hazırda bütün "sarı jiletlilər", vətəndaşların küçədədirlər. Onu həll edə bilmirsən, sən öncə bunu həll elə".

BAKI, 5 fevral — Sputnik. "Birləşmiş Ştatlar rəsmiləri deyirlər ki, "Boğaziçi" hadisələrini qınayırıq. Seçki öncəsi ölkənizdə yaşananlardan utanmırsınız? Necə irqçilik etdiyinizi dünyaya necə anladacaqsınız?" Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Boğaziçi Universitetindəki hadisələri tələbələrimizin hadisəsi kimi qəbul etmək mümkün deyil. Çıxıb, televiziyalarda danışırlar. Onların hamısı mikserdir. Boğaziçində balalarımızı istifadə etməyə imkan verməyəcəyik", - deyə Ərdoğan bildirib.

Türkiyə lideri Fransadan olan həmkarına da sərt cavab verib: "Makron, sən "sarı jiletlilər" məsələsini həll et. Hazırda bütün "sarı jiletlilər", vətəndaşların küçədədirlər. Onu həll edə bilmirsən, sən öncə bunu həll elə. Mənim ölkəmdə indi elə bir narahatlıq yoxdur. İndi onlar bizim hüzurumuzu qaçırmaq niyyətindədirlər".

181
COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

8
(Yenilənib 12:48 05.03.2021)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 115,6 milyonu keçib, 2,56 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 5 mart — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 173 749-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 442 nəfər artıb.

Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 215-ə çatıb. Xəstəlikdən sağalanların sayı 164 463 nəfər olub. Hazırda bu ölkədə 5 249 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 115,6 milyonu keçib, 2,56 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

8
Teqlər:
Ermənistan, statistika, ölənlər, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Türkiyədə qəzaya uğramış helikopter

Türkiyədə baş verən helikopter qəzasının ilkin səbəbləri açıqlandı

253
(Yenilənib 10:06 05.03.2021)
Akar faciənin ilk dəqiqələrindən etibarən aidiyyəti dövlət qurumlarının axtarış və xilasetmə işləri, ölənlərin və yaralananların cəsədlərinin təxliyəsi üçün bütün qüvvələri səfərbər etdiyini bildirib.

BAKI, 5 mart — Sputnik. Türkiyənin şərqində hərbi helikopterin qəzaya uğraması hava şəraitinin qəfil pisləşməsi ilə bağlıdır.

APA xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“İlkin məlumatlara və şahid ifadələrinə görə, helikopterin qəzaya uğraması qəfildən pisləşən hava ilə əlaqədardır”, - nazir Akar belə deyib.

Nazir faktla bağlı istintaq araşdırmalarına başlanılacağını deyib: “Hadisənin dəqiq səbəbi ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcək”.

H.Akar faciənin ilk dəqiqələrindən etibarən aidiyyəti dövlət qurumlarının axtarış və xilasetmə işləri, ölənlərin və yaralananların cəsədlərinin təxliyəsi üçün bütün qüvvələri səfərbər etdiyini bildirib.

Qeyd edək ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar hərbi helikopterin qəzaya uğradığı bölgəyə gedərək, hadisənin təfərrüatları ilə yerində tanış olub. Baş qərargah rəisi general Yaşar Gülər ​​və Quru Qoşunları komandanı Ümit Dündar da naziri müşayiət edib.

Bitlisdəki hərbi helikopter qəzasında 11 hərbçi həlak olub.

Şəhidlərin arasında 8-ci Korpus komandiri, general-leytenant Osman Erbaşın da adı var.

253
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Poliklinikalarda sıxlıq yaranıb - hörmət edib geri qaytara bilmirlər...

0
(Yenilənib 13:49 05.03.2021)
Tibb müəssisələrinin əməkdaşları növbədənkənar müraciət edən yaşlı nəslin nümayəndələrini hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar.

BAKI, 5 mart — Sputnik. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi vaksinasiyada sıxlıqla bağlı açıqlama yayıblar. Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq hazırda 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilir.

Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər.

Lakin bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət edirlər. Bu da təbii olaraq, tibb müəssisələrində sıxlığa səbəb olur. Tibb müəssisələrinin əməkdaşları növbədənkənar müraciət edən yaşlı nəslin nümayəndələrini hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar.

Peyvənd məntəqələrində sıxlığın yaranmasına digər bir səbəb onlayn növbə xidmətindən istifadə edən bəzi şəxslərin qeyd olunan randevu vaxtından tez və ya gec müəssisəyə gəlməsi olur.

Qurumlar bu cür halların baş verməməsi üçün vətəndaşlarımızdan bir daha xahiş ediblər ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün https://randevu.its.gov.az/ saytından onlayn qaydada növbə götürsünlər və təyin olunan vaxta uyğun məntəqəyə yaxınlaşsınlar.

Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər isə ərazi üzrə poliklinikaya zəng edə bilərlər. Bu zaman onlara qeydiyyatçılar tərəfindən onlayn növbənin götürülməsi üçün dəstək göstərilir.

0
Teqlər:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, İTSDA, Səhiyyə Nazirliyi, sıxlıq, poliklinika, vaksinasiya, vaksin