Bakıda paradda Bayraktar TB2 PUA-sı, arxiv şəkli

Səlcuq Bayraqdar Azərbaycan hərbçilərinə zərbə PUA-ları ilə bağlı sertifikat verəcək

204
(Yenilənib 13:38 05.02.2021)
"Xeyirli səhərlər, dostlar. Azərbaycan Silahlı Qüvvələrinin silahlı PUA-ları təlimlərini yekunlaşdırmış hərbçilərinə sertifikatları təqdim etmək üçün silahlı PUA Təlim Mərkəzinə gedirik".

BAKI, 5 fevral — Sputnik. Bu gün Türkiyədə silahlı PUA-lar təlimlərini yekunlaşdıran Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinə sertifikat veriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin "Bayraktar TB2" pilotsuz uçuş aparatının yaradıcısı, "Baykar Savunma" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar öz "Telegram" səhifəsində paylaşım edib.

"Xeyirli səhərlər, dostlar. Azərbaycan Silahlı Qüvvələrinin silahlı PUA-ları təlimlərini yekunlaşdırmış hərbçilərinə sertifikatları təqdim etmək üçün silahlı PUA Təlim Mərkəzinə gedirik", - deyə Səlcuq Bayraqdar bildirib.

204
Bəşər Əsəd və xanımı Əsma xəstəxanada. 8 avqust 2018-ci il

Bəşər Əsəd xanımı da bu mərəzə tutulub

5
(Yenilənib 18:20 08.03.2021)
“Prezident Bəşər Əsəd və xanımı Əsmanın koronavirusla bağlı verdikləri testin cavabı müsbət çıxıb”.

BAKI, 8 mart - Sputnik. Suriya prezidenti Bəşər Əsəd və xanımı Əsma koronavirus virusuna yoluxduqlarını söyləyiblər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti Suriya prezidentinin administrasiyasına istinadən məlumat yayıb.

“Prezident Bəşər Əsəd və xanımı Əsmanın koronavirusla bağlı verdikləri testin cavabı müsbət çıxıb”, - xəbərdə deyilir.

Bəşər Əsəd və həyat yoldaşının yaxşı vəziyyətdə, durumlarının stabil olduğu qeyd edilir.

5
Teqlər:
Əsma Əsəd, Suriya prezidenti Bəşər Əsəd, Bəşər Əsəd, Koronavirus, epidemiya, COVID-19
Bəşər Əsəd, arxiv şəkli

Əsəd ailəsi koronavirusa yoluxdu

6
(Yenilənib 16:29 08.03.2021)
Suriyada koronavirus pandemiya elan olunandan (11.03.2020) indiyədək 15981 nəfər COVID-19-a yoluxub, 1063 nəfər vəfat edib

BAKI, 8 mart - Sputnik. Suriyanın prezidenti Bəşər Əsəd və xanımı Əsma Əsəd koronavirusa yoluxublar. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Suriya prezidentinin dəftərxanası məlumat yayıb. 

"Prezident Əsəd və xanım Əsma Əsəd PCR test veriblər, nəticə müsbət olub", - məlumatda deyilir. 

Qeyd olunur ki, Bəşər Əsəd və xanımının vəziyyəti yaxşı, stabildir.

Suriyada koronavirus pandemiya elan olunandan (11.03.2020) indiyədək 15981 nəfər COVID-19-a yoluxub, 1063 nəfər vəfat edib. 4544 nəfər müalicə alır.   

6
Teqlər:
Koronavirus, Suriya, Əsma Əsəd, Bəşər Əsəd
Mövzu:
Yeni tip koronavirus pandemiyası

Gəncədə polis vətəndaşlara xəbərdarlıq edib

0
(Yenilənib 20:08 08.03.2021)
Dövlət Yol Polisi Şöbəsi qarlı havada təcrübəsi az olan sürücülərə avtomobili idarə etməməyi tövsiyə edib. 

BAKI, 8 mart - Sputnik. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi qeyri sabit hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Dövlət Yol Polisi Şöbəsi qarlı havada təcrübəsi az olan sürücülərə avtomobili idarə etməməyi tövsiyə edib: 

"Sürücülər mövcud şəraiti nəzərə alıb, şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər".

Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı məsləhət görüb. DYP şöbəsindən bildirib ki, sürücülər qarlı hava şəraitində sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar. Həmçinin sürücülər əyləc sistemindən istifadə edərkən yağış sularının yollarda sürüşmə şəraiti yaratdığını nəzərə almalıdır.

Hava şəraiti ilə bağlı şəhərdə avtomobillərin hərəkətində çətinlik qeyd alınmayıb. Yol polisin əməkdaşları şəhərin küçə və prospektlərində hərəkəti tənzimləyirlər. Hazırda qərb bölgəsində qarın yağması davam edir.

0