Sputnik V peyvəndi, arxiv şəkli

Rusiya 1975-ci ildən bəri Qərbi ilk dəfə təəccübləndirə bilib

74
(Yenilənib 21:09 04.02.2021)
Bir qədər bundan əvvəl bazara daxil olan koronavirus əleyhinə "Sputnik V" peyvəndi göstərdi ki, vaxtilə Helmut Şmidtin dediyi kimi "Rusiya heç də raketli Yuxarı Volta deyil".

BAKI, 4 fevral — Sputnik. Rusiya koronavirus əleyhinə "Sputnik V" peyvəndini yaratmaqla Qərb ölkələrini heyrətləndirə bildi. Bunu Almaniyanın "Die Welt" qəzeti yazıb. Məqalənin müəllifi Jak Şuster qeyd edib ki, onun fikrincə, Rusiya ilk dəfə Qərbi təəccübləndirməyə 1975-ci ildə, SSRİ kosmosa Yerin ilk süni peykini göndərdiyi vaxt nail olmuşdu.

"O vaxtdan bu yana Rusiya Qərbi texniki baxımdan, demək olar ki, heç nə ilə heyrətə sala bilməyib. Yalnız bir qədər bundan əvvəl bazara daxil olan koronavirus əleyhinə "Sputnik V" peyvəndi göstərdi ki, vaxtilə Helmut Şmidtin dediyi kimi, "Rusiya heç də raketli Yuxarı Volta (hazırda Burkino Faso) deyil", – jurnalist belə yazır.

Şuster onu da xatırladıb ki, "The Lancet" mötəbər elm jurnalı "Sputnik V"nin yüksək effektivliyini təsdiqləyib. Bu isə Rusiya hökumətinin peyvəndin bu preparatla bağlı son məlumatların yayımlanmasından əvvəl tətbiqinə başlamasına haqq qazandırır.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Xarici ekspertlər preparatın koronavirusa qarşı 91,6 faiz effektli olduğunu vurğulayaraq bildiriblər ki, bu, kifayət qədər yüksək rəqəmdir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən işlənib-hazırlanıb. Bu, dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

74
Teqlər:
Rusiya, Qərb, peyvənd, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası (622)

Dünyanın məşhur şəlalərindən biri kəskin şaxtaların qurbanı oldu - VIDEO

4
(Yenilənib 13:21 27.02.2021)
Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Hətta ABŞ və Kanada sərhədindəki Niaqara şəlaləsi də donub

Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Belə ki, ABŞ və Kanada sərhədində yerləşən Niaqara şəlaləsi də donub.

Donmuş şəlalə mənzərəsi görmək istəyən turistlərin sayı bu səbəbdən xeyli artıb.

4

ABŞ konqresmeni: Uzunmüddətli sülh bütün dünyanın marağındadır

5
ABŞ və Azərbaycanın 1992-ci ildə, Xocalı faciəsi ilə eyni ildə diplomatik əlaqələr qurduğu, o dövrdən etibarən Azərbaycanın terrorçuluqla müharibədə əsas tərəfdaş olduğu, iki ölkənin ticarət və investisiya əlaqələrinə malik olduğu qeyd edilir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. ABŞ Konqresinin nüfuzlu üzvlərindən olan, Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Robert Aderholt (Respublikaçı – Alabama) Xocalı qətliamının ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən məlumat verilib.

Bəyanatda, 1992-ci ildə Xocalıda qətlə yetirilmiş yüzlərlə azərbaycanlının xatirəsinin yad edilməsinə çağırılır. 1980-ci illərin sonunda Ermənistanla Azərbaycan arasında silahlı münaqişə başlanandan etibarən, Xocalı faciəsinin yüzlərlə insanın həlak olduğu, ailələrin məhv edildiyi və şəhərin dağıldığı ən pis gün olduğu vurğulanır.

2020-ci ildə Ermənistanla Azərbaycan arasında döyüşlərdən sonra, son 30 il ərzində sülhün qarşısında mövcud olan maneələrin aradan qaldırılması üçün ümid yarandığı və dua edildiyi Konqres üzvü tərəfindən diqqətə çatdırılır. Uzunmüddətli sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın bütün Cənubi Qafqaz bölgəsi və dünyanın marağında olduğu bildirilir.

ABŞ və Azərbaycanın 1992-ci ildə, Xocalı faciəsi ilə eyni ildə diplomatik əlaqələr qurduğu, o dövrdən etibarən Azərbaycanın terrorçuluqla müharibədə əsas tərəfdaş olduğu, iki ölkənin ticarət və investisiya əlaqələrinə malik olduğu qeyd edilir.

Bu faciənin ildönümünün qətlə yetirilmiş bütün kişi, qadın, uşaqların xatırlanması, habelə belə amansızlıqların yenidən baş verməməsi baxımından birgə işləmək üçün uyğun zaman olduğu diqqətə çatdırılır.

Qeyd edək ki, 1997-ci ildən ABŞ Konqresinin üzvü olan Robert Aderholt, ABŞ-ın xaricə yardımı üzrə ixtisaslaşmış olduqca nüfuzlu Təxsisatlar Komitəsinin üzvü, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) komissarıdır.

Bəyanatın Konqresdə qeydiyyata alınmış ingilis dilində mətni ilə bu internet səhifəsində tanış olmaq mümkündür.

5
Teqlər:
ABŞ Konqresi, ABŞ, Xocalı, Azərbaycan, Qarabağ

Bazarlığı haradan etməyə üstünlük verirsiniz?

0
0