Co Bayden, arxiv şəkli

Ərdoğan Baydenlə görüşəcək

32
(Yenilənib 18:50 03.02.2021)
ABŞ-ın yeni Prezidentinin indiyə kimi dörd dəfə Türkiyədə olduğunu, Ərdoğanı şəxsən tanıdığını vurğulayan Sallivan qeyd edib ki, Bayden Türkiyə lideri ilə yaxından əməkdaşlıq etmək arzusundadır.

BAKI, 3 fevral — Sputnik. Yaxın günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni prezidenti Cozef Baydenlə görüşəcək. Bu barədə Sputnik Azərbaycan Türkiyənin CNN kanalına istinadla məlumat yayıb. Xəbərdə bildirilir ki, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalının ABŞ milli təhlükəsizlik müşaviri Cek Sallivanla 1 saatlıq telefon danışığı olub. Görüşün müsbət əhval-ruhiyyədə keçib, Kalınla Sallivan ikitərəfli münasibətlər və regional məsələlərdə fikir ayrılıqlarının azaldılması, ortaq maraqların və perspektivin gücləndirilməsi barədə razılığa gəliblər.

Baydenin indiyə kimi dörd dəfə Türkiyədə olduğunu, Prezident Ərdoğanı şəxsən tanıdığını vurğulayan Sallivan qeyd edib ki, ABŞ prezidenti Türkiyə lideri ilə yaxından əməkdaşlıq etmək arzusundadır. O, həmçinin: "Türkiyənin nə qədər mühüm bir ölkə olduğunun fərqindəyik", - deyə vurğulayıb.

Görüşdə Ərdoğanla Baydenin yaxın günlərdə görüşməsi ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, Sallivan bir qədər bundan əvvəl Türkiyə və Çini həm ABŞ, həm də Avropa İttifaqı üçün ortaq təhdid kimi qiymətləndirmişdi.

 

32
Teqlər:
görüş, Cozef Bayden, Rəcəb Tayyib Ərdoğan, ABŞ, Türkiyə
Palmali Holdingin rəhbəri Mübariz Mənsimov

Mübariz Mənsimov barədə məhkəmə qərar verdi

2
(Yenilənib 14:21 05.03.2021)
İstanbul Baş Prokurorluğunun qərarı ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən ilin mart ayında həbs edilmiş və onun yaşadığı evlərdə axtarış aparılmışdı

BAKI, 05 mart - Sputnik. Azərbaycanlı iş adamı, Türkiyədə FETÖ ilə əlaqədə ittiham edilərək həbs olunan və İstanbul 27-ci Ağır Cəza Məhkəməsində haqqında cinayət işi açılan Mübariz Mənsimov ev dustaqlığına buraxılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Palmali" şirkətlər qrupunun rəsmisi Fidan Quliyeva Facebook səhifəsində yazıb. 

Qeyd edək ki, martın 3-də İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovun təxliyəsini istəyib. Baş Prokurorluğun tələbnaməsində qeyd olunur: "Məhkəmə prosesinin gəldiyi mərhələ: müttəhimə cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın miqdarı, şübhəlinin həbsdə saxlanılma müddəti, həbs qətimkan tədbiri, tədbirdən gözlənilən fayda məhkəmə nəzarəti ilə əldə edilə bilər və evini tərk etməmək şərtilə məhkəmə nəzarətinin həyata keçirilməsinə qərar verilməsi tələb olunur".

Bu il yanvarın 13-də Mübariz Mənsimovun növbəti məhkəmə iclası keçirilmiş və bu günə - martın 5-dək təxirə salınmışdı. 

İstanbul Baş Prokurorluğunun qərarı ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən ilin mart ayında həbs edilib və onun yaşadığı evlərdə axtarış aparılıb. Türkiyə mətbuatının xəbərinə görə, onu Fətullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

2
COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

9
(Yenilənib 12:48 05.03.2021)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 115,6 milyonu keçib, 2,56 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 5 mart — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 173 749-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 442 nəfər artıb.

Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 215-ə çatıb. Xəstəlikdən sağalanların sayı 164 463 nəfər olub. Hazırda bu ölkədə 5 249 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 115,6 milyonu keçib, 2,56 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

9
Teqlər:
Ermənistan, statistika, ölənlər, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası