ABŞ-da mümkün nüvə müharibəsinin anonsunu verdilər

© Depositphotos.com / CurraheeshutterЯдерный взрыв
Ядерный взрыв - Sputnik Azərbaycan, 1920, 03.02.2021
Abunə olmaq
"Rusiya və Çinlə regional böhran adi silahların tətbiqinin dövlətlərə və ya siyasi quruluşlara təhdid törədəcəyi halda çox tez bir zamanda nüvə silahının tətbiqi ilə münaqişəyə çevrilə bilər"

BAKI, 3 fevral — Sputnik. ABŞ-ın Strateji Komandanlığının rəhbəri admiral Çarlz Riçard Rusiya və Çinlə nüvə müharibəsini proqnozlaşdırıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə o, Birləşmiş Ştatların Hərbi-dəniz İnstitutunun rəsmi nəşrinin fevral buraxılışndakı məqaləsində yazıb.

Riçard qeyd edir ki, SSRİ dağılandan sonra Pentaqon nüvə dövləti ilə birbaşa hərbi qarşıdurma imkanlarını nəzərdən keçirməyib, amma indi vəziyyət dəyişib.

"Rusiya və Çinlə regional böhran adi silahların tətbiqinin dövlətlərə və ya siyasi quruluşlara təhdid törədəcəyi halda çox tez bir zamanda nüvə silahının tətbiqi ilə münaqişəyə çevrilə bilər", - Riçard deyib.

Admiral potensial rəqibin nüvə cəbbəxanasını işə salmaq barədə qərar verəcəyini istisna etməyib.

Riçard hesab edir ki, ABŞ-ın Müdafiə Nazirliyinin başı terrorizmlə mübarizəyə qarışdığı müddətdə Rusiya ilə Çin soyuq müharibə zamanından bəri görünməmiş qaydada beynəlxalq normaları güc üsulları ilə tapdalayaraq aqressiv siyasət aparıblar. Hərbçinin fikrincə, bu cür fəaliyyət Vaşinqtonun diqqətindən kənarda qalmamalıdır.

"Biz onların aqressiyasının qarşısını almaq üçün aktiv rəqabət aparmalıyıq, onların təşəbbüslərinə imkan yaratdıqca bu dövlətlərdə ABŞ-ın cavab vermək iqtidarında və ya həvəsində olmadığı gümanını qüvvətləndiririk", - Riçard qeyd edib.

Admiral həmçinin Çin və Rusiyanın strateji imkanlarının artdığını da vurğulayıb. O, Rusiyanın nüvə silahlarını modernləşdirməsinə məqaləsində geniş yer yer ayırıb.

Xəbər lenti
0