Roma Papası Fransisk, arxiv şəkli

Roma Papası yeni əlamətdar gün təyin elədi

14
(Yenilənib 00:47 01.02.2021)
Papa deyib ki, yeni əlamətdar gün artıq bu ildən başlayaraq hər il iyulun dördüncü bazar günü qeyd olunacaq.

BAKI, 1 fevral - Sputnik. Roma Papası I Fransisk Beynəlxalq Babalar və Nənələr Gününü təsis edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Vatican News yazır.

"Babalar və nənələri tez-tez yaddan çıxarırlar. Ona görə də bu zənginliyimizi unutmayaq, kökümüzü qoruyaq və nəsildən-nəslə ötürək", - Roma Papası deyib.

Yeni əlamətdar gün artıq bu ildən başlayaraq hər il iyulun dördüncü bazar günü qeyd olunacaq. Həmin günün seçilməsini isə Roma Papası İsa Məsihin babası və nənəsi olan Müqəddəs Yoaximlə Annanın anım günlərinə yaxın olması ilə əsaslandırıb.

 

14
Fransalı deputat Olivye Dasso həyat yoldaşı Aleksandra və qızı Helena ilə, arxiv şəkli

Fransalı deputat pilotla birlikdə helikopter qəzasında həlak olub

7
(Yenilənib 23:30 07.03.2021)
Hadisə nəticəsində Fransa parlamentinin deputatı, 69 yaşlı milyarder Olivye Dasso və pilot həlak olublar.

BAKI, 7 mart - Sputnik. Fransanın şimalında, Normandiya ərazisində helikopter qəzası baş verib. Sputnik Azərbaycan Fransa mediasına istinadla xəbər verir ki, helikopter Tuk kommunası ərazisinə düşüb.

Hadisə nəticəsində Fransa parlamentinin deputatı, milyarder, 69 yaşlı Olivye Dasso həlak olub. Qəza zamanı Respublikaçılar Partiyasının üzvü ilə yanaşı helikopterin pilotu da həlak olub.

Fransa prezidenti Emmanuel Makron Twitter hesabında həlak olanların ailələrinə başsağlığı verib.

Olivye Dassonun atası Serj Dasso məşhur siyasətçi və biznesmen olub. 

7
F-16 qırıcısı, arxiv şəkli

ABŞ qırıcılar üçün yeni lazer toplarını sınaqdan keçirəcək

8
(Yenilənib 22:20 07.03.2021)
Yayda topun enerji qurğusu və şüanın idarə edilməsi sistemi hazır olacaq. 2024-cü ildə bütün kompleksin tam yerüstü sınaqları başlayacaq.

BAKI, 7 mart — Sputnik. ABŞ-da yeni lazer topunun maketi hazırlanıb. Həmin toplarla qırıcılar təchiz ediləcəklər. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Shield sisteminin sınaqdan keçirilməsinə yayda başlanılacaq. Yayda topun enerji qurğusu və şüanın idarə edilməsi sistemi hazır olacaq. 2024-cü ildə bütün kompleksin tam yerüstü sınaqları başlayacaq.

Planlaşdırıldığına görə, lazertəyyarəyə yaxınlaşan "yer-hava" və "hava-hava" tipli raketləri vurmalıdır.

Ekspertləri isə hesab edirlər ki, enerji qurğusunun ölçülərinə görə lazerlərin hərbi təyyarələrə inteqrasiyasına on illər lazımdır.

8
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0