Əxlaqsızlığa bir söz demədilər, maskaya görə cərimələdilər

24
Paris yaxınlığında yerləşən anbarda təşkil olunan gizli tədbir yarımçıq dayandırılıb. Polis orgiya iştirakçılarını maska taxmadıqlarına görə cərimələyib.

BAKI, 31 yanvar - Sputnik. Fransada polis orgiya iştirakçılarını koronavirusa qarşı mübarizə tədbirlərinə riayət etmədiklərinə görə cərimələyib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Mail yazır.

Orgiya yanvarın 29-da Paris yaxınlığında yerləşən anbarda təşkil olunub. Əxlaqsız ziyafət barədə yerli bölməyə şikayətlər daxil olub, polislər tədbirin qızğın çağında özlərini yetiriblər. 

İştirakçılar polisə müqavimət göstərməyiblər. Komendant saatını pozduqlarına, eləcə də sosial məsafəni gözləmədiklərinə və maska taxmadıqlarına görə tədbirin üç təşkilatçısı həbs olunub, 100-ə yaxın adam isə cərimələnib. Əlüstü keçirilən məhkəmədə hakimlər işıq və səs avadanlıqlarının, eləcə də alkoqolun müsadirə olunmasına da qərar veriblər. 

Bundan əvvəl Yeni il gecəsində isə komendant saatını pozduğuna görə Fransada 6,6 min nəfər cərimələnmişdi.

24
Koronavirus xəstəsi

Ermənistanda koronavirusa yoluxanların sayı 171-ə yaxınlaşır

6
(Yenilənib 20:54 24.02.2021)
Ümumilikdə bu virusdan ölənlərin sayı 3175-ə çatıb. Xəstəlikdən sağalanların sayı 162517 nəfər olub. Hazırda bu ölkədə 4445 nəfər xəstəxanada müalicə alır.

BAKI, 24 fevral — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 170945-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 273 nəfər artıb.

Ermənistanda son gündə daha 4 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3175-ə çatıb. Xəstəlikdən sağalanların sayı 162517 nəfər olub. Hazırda bu ölkədə 4445 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 111,7 milyonu keçib, 2,47 milyondan çox insan isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

6
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Ermənistan
Afrikada koronavirus

ÜST koronavirus haqda: Vəziyyət ərəbcədir azalır, amma yayılır

12
(Yenilənib 16:03 24.02.2021)
Dünyada koronavirusa yoluxma hallarının sayında altı həftədir ki, azalma qeydə alınır: Ötən həftə 2,4 milyon yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki həftədən 11% azdır.

BAKI, 24 fevral — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı, həmçinin ondan ölənlərin sayı azalmağa davam edir, lakin koronavirus mutasiyasının aşkarlandığı ölkələrin sayı artır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında yerləşdirilib.

"Dünyada koronavirusa yoluxma hallarının sayında altı həftədir ki, azalma qeydə alınır: Ötən həftə 2,4 milyon yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki həftədən 11% azdır. Yeni ölüm faktlarında da azalma qeydə alınır. Belə ki, ötən həftə təxminən 66 min yeni ölüm faktı qeydə alınıb ki, bu da ondan əvvəlki həftə ilə müqayisədə 20% çoxdur", - deyə ÜST-ün məlumatında bildirilir.

Bu arada ÜST bildirir ki, koronavirusun yeni ştamları yayılmağa davam edir. Son məlumatlara görə, "Britaniya" ştammı artıq 101 ölkədə, "Cənubi Afrika" ştammı 51, "Braziliya" ştammı isə 29 ölkədə qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 112,1 milyonu keçib, 2,48 milyondan çox insan isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

12
Teqlər:
ÜST, pandemiya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Yanğınsöndürənlər, arxiv şəkli

Evləri yanan köçkünlər harada qalacaqlar? "Qaçqınkom"dan açıqlama

0
(Yenilənib 01:00 25.02.2021)
Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar.

BAKI, 25 fevral — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, fevralın 24-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb: "Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində ümumilikdə 17 mənzilə ziyan dəyib.

Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.

Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.

Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq".

0