Azərbaycanın ABŞ-dakı səfiri ermənilər tərəfindən təhdid edilir

© Photo : REPORTSəfir Elin Süleymanov Dövlət Departamentində
Səfir Elin Süleymanov Dövlət Departamentində - Sputnik Azərbaycan
Abunə olmaq
ANCA-nın bu statusu bir sıra erməni icması üzvlərinin ölkəmizə və səfirə qarşı eyni zəmində təhqir dolu mesajlar paylaşmasına səbəb olub

BAKI, 30 yanvar — Sputnik. Azərbaycanın ABŞ-dakı Səfirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Amerikanın Erməni Milli Komitəsi (ANCA) Azərbaycanın ABŞ-dakı Səfirliyini hədəf alaraq, ölkəmizə, habelə səfir Elin Süleymanova qarşı nifrət zəminində və təhdid xarakterli ifadələrlə dolu kampaniyaya başlayıb.

© Photo : Twitter / ANCAScreenshot
Azərbaycanın ABŞ-dakı səfiri ermənilər tərəfindən təhdid edilir - Sputnik Azərbaycan
Screenshot

"ANCA rəsmi "Twitter" və "Facebook" hesabında səfiri müharibə cinayətlərində ittiham edib. ANCA-nın bu statusu bir sıra erməni icması üzvlərinin ölkəmizə və səfirə qarşı eyni zəmində təhqir dolu mesajlar paylaşmasına səbəb olub", - məlumatda qeyd olunub.

Xəbər lenti
0