İranda "sirena" səsləri, THY təyyarəsi Tehran aeroportuna enə bilmədi

© AFP 2023 / IRANIAN SUPREME LEADER'S WEBSITEВид на Тегеран, фото из архива
Вид на Тегеран, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İmam Xomeyni adına Beynəlxalq Hava Limanının üzərində olan THY təyyarəsi havada bir neçə dəfə dairə cızaraq Bakıya tərəf istiqamət götürüb və Heydər Əliyev adına Hava Limanına eniş edib.

BAKI, 30 yanvar — Sputnik. Bu gecə İranın paytaxtı Tehranda sirena səsləri eşidilib. Türk Hava Yollarının (THY) İstanbul-Tehran reysi üzrə uçan təyyarəsi isə Bakıya enmək məcburiyyətində qalıb. İranın səlahiyyətli şəxsləri sirena səslərinin texniki qəza nəticəsində baş verdiyini, Türkiyə tərəfi isə təyyarənin Tehrana enə bilməməsinin hava şəriti ilə bağlı olduğunu açıqlayıb.

Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadla yaydığı məlumata görə, sirena səsləri Tehranın qərb hissəsində eşidilib və uzun müddət ardı-arası kəsilməyib. Həmin dəqiqələrdə İmam Xomeyni adına Beynəlxalq Hava Limanının üzərində olan THY təyyarəsi havada bir neçə dəfə dairə cızaraq Bakıya tərəf istiqamət götürüb və Heydər Əliyev adına Hava Limanına eniş edib.

Sosial mediada hadisə ilə bağlı müxtəlif iddialar irəli sürülüb ki, onların arasında olayın İrana hava hücumu ilə bağlı olduğu versiyası da yer alıb. Tehran valiliyindən bu məlumatı təkzib edərək bildiriblər ki, şəhərdə uzun-uzadı sirena səslərinin eşidilməsi həyata keçirilən bir sınaq vaxtı baş vermiş qəzadan qaynaqlanıb.

Türk Hava Yollarından isə qeyd olunub ki, təyyarənin Tehran aeroportuna enə bilməməsinin səbəbi uçuş üçün əlverişsiz hava şəraiti olub.

Xəbər lenti
0