Serj Sarqsyan, arxiv şəkli

Sarqsyan da koronavirusa yoluxdu

10
(Yenilənib 15:03 28.01.2021)
Ermənistanın sabiq Prezidenti Serj Sarqsyan koronavirusa yoluxub. Onun həyat yoldaşı Rita Sarkisyan isə ötən ilin noyabrın 20-də koronavirusdan ölüb.

BAKI, 28 yanvar — Sputnik. Ermənistanın sabiq prezidenti Serj Sarqsyan koronavirusa yoluxub və yanvarın 17-dən karantindədir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın üçüncü prezidentinin ofisi məlumat yayıb.

"Ermənistanın üçüncü prezidenti özünü yaxşı hiss edir, evdədir, vəziyyəti pisləşməyib", - deyə məlumatda bildirilir.

İnfeksiyaya yoluxduğuna görə onun bütün görüş və səfərləri ləğv edilib.

Xatırladaq ki, ötən ilin noyabrın 20-də Ermənistanın sabiq Prezidenti Serj Sarqsyanın həyat yoldaşı Rita Sarkisyan koronavirusdan ölüb. Daha əvvəl R.Sarqsyanın koronavirus infeksiyasına yoluxduğunu bildirilib. Rita Sarqsyan əvvəlcə Yerevan xəstəxanalarından birinə yerləşdirilsə də, sonra Almaniyaya aparılmışdı.

10
Teqlər:
Serj Sarqsyan, Koronavirus, COVID-19, Ermənistan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

8
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

8
Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Aleksandr Lukaşenko oğluna general-mayor rütbəsi verərək vəzifədən azad edib

9
Viktor Lukaşenko seçkili vəzifəyə keçidlə əlaqədar olaraq Belarus Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad olunub

BAKI, 1 mart - Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko oğlu Viktor Lukaşenkonu dövlət başçısının milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad edib.

Sputnik Azərbaycan bu barədə BELTA agentlyinə istinadən xəbər verir.

"Viktor Lukaşenko seçkili vəzifəyə keçidlə əlaqədar olaraq Belarus Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad olunub", - xəbərdə deyilir.

Həmçinin Viktor Lukaşenkoya prezidentin fərmanı ilə ehtiyatda olan general-mayor hərbi rütbəsi verilib.

9