Dollar əskinasları və cüzdan, arxiv şəkli

20 dollarlıq əskinaslar dəyişir - SƏBƏB

39
(Yenilənib 20:27 26.01.2021)
Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, ABŞ-ın milli valyutasının ölkənin tarixi ilə yanaşı, müxtəlifliyini ifadə etməsi də çox vacibdir.

BAKI, 26 yanvar — Sputnik. Demokratlar partiyasının namizədi Co Baydenin hakimiyyətə gəlişindən sonra ABŞ-da bir sıra yeniliklərin baş verəcəyi gözlənilir. Onlardan biri də 20 dollarlıq əskinasların üzərindəki təsvirin dəyişdirilməsi ilə bağlıdır.

Sputnik Azərbaycan-ın CNN Türk-ə istinadla yaydığı xəbər görə, bu barədə Ağ Evdən açıqlama verilib. Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, 20 dollarıq əskinasların üstünə ABŞ-ın 7-ci prezidenti, quldarlıq tərəfdarı kimi tanınan Endryu Ceksonun rəsminin yerinə aktivist Harriet Tabmanın təsviri vurulacaq. C.Psaki hazırda prezident Co Baydenin tapşırığı ilə bu prosesin sürətləndirilməsi yollarının araşdırıldığını da vurğulayıb.

Qeyd edək ki, bu barədə qərar hələ Barak Obamanın hakimiyyətdə olduğu dövrdə, 2016-cı ildə qəbul edilsə də, həmin il prezident seçilən Donald Tramp bu fikrə qarşı çıxmışdı. O, əskinasların üzərindəki rəsmləri dəyişdirmək yerinə, dolların saxtalaşdırılmasının qarşısını almağa imkan verən tədbirləri artırmağı və bu işə vəsait ayırmağı daha məqsədəuyğun hesab etmişdi.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin yeni 20 dollarlıq əskinasların 2028-ci ildən əvvəl dövriyyəyə buraxılmayacağını bildirmişdi. Bayden hökumətində maliyyə naziri postunu tutacağı gözlənilən Janet Yellen isə bu prosesi sürətləndirmək fikrindədir.

C.Psaki onu da vurğulayıb ki, ABŞ-ın milli valyutasının ölkənin tarixi ilə yanaşı, müxtəlifliyini ifadə etməsi də çox vacibdir.

Xatırladaq ki, keçmiş prezident Donald Tramp Amerikanın yerli hindu tayfalarının sürgün edilməsi təşəbbüsünü irəli sürmüş və quldarlıq tərəfdarı kimi tanınan Endryu Ceksonun pərəstişkarı olduğunu dəfələrlə dilə gətirmişdi.

39
Teqlər:
dəyişiklik, ədəd saxta əskinas, ABŞ, dollar
Roma Papası Fransisk, 10 sentyabr 2017-ci il

Roma Papası şiələrin lideri ilə görüşdü, İran sevindi

6
(Yenilənib 15:38 08.03.2021)
Diplomatın sözlərinə görə, "xalqın qəhrəmanlığı, hakimiyyətin müdrikliyi və ekstremizm və xarici təsirlərlə mübarizədə tökülən qan sayəsində" bu gün İraqda bu cür görüşlər keçirmək mümkün olub

BAKI, 8 mart - Sputnik. Martın 6-da İraqa başlanan ilk səfəri çərçivəsində Roma Papası Fransisk oradakı şiələrin başçısı ayətulla Əli əs-Sistani ilə görüşüb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Səid Xətibzadə bildirib və öz ölkəsinin XİN rəhbərinin bu hadisəni dinlər arasında dialoq və onların yaxınlaşması adlandırdığını əlavə edib. 

O, Papanın İraqa səfərini vacib hesab edib. 

Diplomatın sözlərinə görə, "xalqın qəhrəmanlığı, hakimiyyətin müdrikliyi və ekstremizm və xarici təsirlərlə mübarizədə tökülən qan sayəsində" bu gün İraqda bu cür görüşlər keçirmək mümkün olub.

Fransisk İraqa səfər edən ilk Roma Papasıdır.

6
Teqlər:
İran XİN, görüş, lider, şiə, səfər, İraq, Roma papası Fransisk
Девушка в мини-юбке, фото из архива

Bunu da gördük: Avropanın göbəyində əxlaq polisi

16
(Yenilənib 14:57 08.03.2021)
Təşəbbüsü ilk dəfə Lyej şəhərinin polisi irəli sürüb. Orada bu cür halların qarşısını almaq üçün mülki geyimdə olan qadın polis patrulundan istifadə olunur

BAKI, 8 mart - Sputnik. Brüssel polisi şəhərin küçələrində insanlara sataşanların "ipini yığmaq" üçün mülki geyimli xüsusi patrullar ayırıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Belçika paytaxtının burqomistri Filipp Kloz Twitter-də yazıb.

​"Bundan sonra mülki geyimdə olan polislər küçələrdə sataşmaların qarşısını bilavasitə alacaqlar", - Kloz qeyd edib.

La Derniere Heure nəşrinin yazdığına görə, təşəbbüsü ilk dəfə Lyej şəhərinin polisi irəli sürüb. Orada bu cür halların qarşısını almaq üçün mülki geyimdə olan qadın polis patrulundan istifadə olunur.

16
Teqlər:
əxlaq, polis, Belçika
Qarabağda qəbiristanlıq, arxiv şəkli

Hərbçilər Şuşada Növrəsli qardaşlarının ulu babalarının qəbrini tapıblar- VİDEO

0
(Yenilənib 16:17 08.03.2021)
Öz yaradıcılıqları ilə Azərbaycanda məşhur olan qardaşlar bildirilbər ki, ilk fürsətdə dövrünün görkəmli şairi olmuş ulu babalarının qəbrini ziyarət edəcəklər.

BAKI, 8 mart — Sputnik. Azərbaycanlı hərbçilər Şuşada məşhur Azərbaycan şairi Mirzə Ələsgər Növrəsin qəbrini tapıblar. Növrəs öz yaradıcılıqları ilə məşhur olan azərbaycanlı qardaşların – Şahin, Tərlan, Nurlan və Arslan Növrəslilərin ulu babasıdır.

Bu barədə Sputnik Azərbaycan-a şair Tərlan Növrəsli məlumat verib. Onun sözlərinə görə, qardaşlar şokdadırlar və eyni zamanda şaddırlar ki, ulu babalarının qəbrindən nəsə qalıb.

"Şuşadakı bütün tarixi abidələr, o cümlədən də qəbirlər ermənilər tərəfindən vandalizmə məruz qalıb. Ona görə də bizim orada ulu babamız Mirzə Ələsgər Növrəsin qəbrini tapacağımıza ümidimiz demək olar ki, yox idi. Biz hazırda Şuşada xidmət çəkən hərbçilərimizə minnətdarıq. Onlar məşhur azərbaycanlıların dəfn edildiyi yeri tapıblar, daha doğrusu onlardan nələrinsə qaldığı yeri. Şuşa qəbiristanlığında şair Qasım bəy Zakirin qəbrini tapıblar, onun yanında da bizim ulu babamızın", - deyə Növrəsli bildirib.

Qardaşlar onu da bildiriblər ki, ilk fürsətdə ulu babalarının qəbrini ziyarət edəcəklər.

Mirzə Ələsgər bəy Kərbəlayı Abdin bəy oğlu Əhmədbəyov 1836-cu ildə Şuşa şəhərində anadan olub. Əslən Cavanşir-Dizaq mahalının Zərgər obasındandır. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Növrəs təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-üns" şairlər yığıncağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə yanaşı, rus dilini də tamam-kamal öyrənib qəza idarəsində kargüzar vəzifəsində çalışmışdı.

Mirzə Ələsgər Növrəs el şənliklərində toybaşı olardı. O, 1912-ci ildə vəfat edib. Onun dörd övladı olub. Qızı Fatimə bəyimi Xurşidbanu Natəvanın oğlu Seyid Həsənə ərə verib.

Mirzə Ələsgər Növrəs Xurşidbanu bəyim Natəvan, Seyid Əzim Şirvani və başqaları ilə yazışırdı.

© Photo : Courtesy of Tarlan Novrasli
Məşhur Azərbaycan şairi Mirzə Ələsgər Növrəsin qəbri

1872-ci ildə Mirzə Ələsgər Növrəs Azərbaycan şairəsi Xurşidbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi Üns" ədəbi dərnəyin fəal iştirakçılarından biri olub. O, həm də Mir Mövsüm Nəvvabın rəhbərlik etdiyi "Məclisi Fəramuşan"un daimi qonaqlarından olub. Bu məclislərə o dövrün ən görkəmli şairləri və musiqiçiləri toplaşıblar. Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani zamanında Növrəsə şeirlə yazdığı məktubunda "Səlam olsun sənə, ey Kəbeyi-əhli-səfa, Növrəs" sözləri ilə Şamaxı ədəbi məktəbinin şairlərinin, "Səfa" cəmiyyətinin üzvlərinin onun yaradıcılığına hörmət və ehtiramını ifadə edib

1912-ci ildə vəfat edərkən o, Şuşada Qasım bəy Zakirin yanında dəfn edilib.

Onun adını daşıyan nəvəsi İqtisad Elmləri namizədi, dosent Növrəs Növrəslidir.

0