Koronavirus bu əyləncəni də əlimizdən aldı

© AFP 2023 / Carl de SouzaУличная вечеринка Ceu Na Terra bloco в преддверии карнавала Рио-де-Жанейро, Бразилия
Уличная вечеринка Ceu Na Terra bloco в преддверии карнавала Рио-де-Жанейро, Бразилия - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən heç vaxt bu mədəniyyət hadisəsinə marağımı və onun iqtisadi baxımdan şəhərimiz üçün nə qədər əhəmiyyət daşıdığına olan inamımı gizlətməmişəm".

BAKI, 23 yanvar — Sputnik. Braziliyanın Rio-de-Janeyro şəhər rəhbərliyi 2021-ci ildə məşhur karnavalın keçirilməsini təxirə salıb. RİA Novosti bildirir ki, bu barədə şəhərin meri Eduardu Pais Twitter-də məlumat verib.

Qeyd edək ki, sentyabr ayında Rio-de-Janeyro karnavalının təşkilatçıları koronavirus səbəbindən tədbirin 2021-ci ilin fevral ayınadək təxirə salınması ilə bağlı qərar qəbul etmişdi. Noyabr ayında isə Samba Məktəbləri Liqası təklif etmişdi ki, əgər əhalinin peyvənd olunması sahəsində irəliləyiş əldə olunarsa, karnaval iyulda keçirilsin.

"Mən heç vaxt karnavala marağımı və bu mədəniyyət hadisəsinin iqtisadi baxımdan şəhərimiz üçün nə qədər əhəmiyyət daşıdığına olan inamımı gizlətməmişəm. Bununla belə, hazırda iyul ayında karnavalı keçirə biləcəyimizi düşünməyin heç bir mənası yoxdur", – deyə Pais yazıb.

Rio-de-Janeyro merinin sözlərinə görə, karnaval böyük hazırlıq işi tələb edir ki, indi bunu reallaşdırmaq mümkün deyil.

Rio karnavalı hər samba məktəbinin öz kompozisiyası ilə çıxış etdiyi rəngarəng keçid paradıdır. Karnavalı çempionlar paradı tamamlayır. Tədbir çərçivəsində gözəllik müsabiqələri, maskaradlar və əlbisə yarışları da keçirilir.

Qeyd edək ki, dünyada Braziliya COVID-19 pandemiyasından ən çox əziyyət çəkmiş ölkələrdən biridir. Son məlumatlara əsasən, bu ölkədə 8 milyon 697 min 368 yoluxma halı qeydə alınıb, 214 min 147 nəfər isə dünyasını dəyişib.

Xəbər lenti
0