Almaniya kansleri Angela Merkel, arxiv şəkli

Merkel Rusiya ilə əməkdaşlığa hazır olduğunu bəyan etdi

14
(Yenilənib 20:13 21.01.2021)
Vaksinin Avropa İttifaqında tətbiqi və birgə istehsalı üçün Avropa Tibb Agentliyinin (EMA) icazəsi alınmalıdır.

BAKI, 21 yanvar — Sputnik. Almaniya Kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı "Sputnik V" peyvəndi üzrə əməkdaşlığa hazır olduğunu təsdiqləyib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Merkel bunu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Mən doğrudan da Rusiya prezidenti ilə danışmışam. Məlumdur ki, Rusiyada "Sputnik V" peyvəndi var və mən dedim ki, əgər biz əməkdaşlıq etmək istəyiriksə - hesab edirəm ki, hazırda olan ciddi siyasi fikir ayrılıqları zamanı belə pandemiyada humanitar sahələrdə bu, mümkündür", - deyə Merkel qeyd edib.

Onun sözlərinə görə, vaksinin Avropa İttifaqında tətbiqi və birgə istehsalı üçün Avropa Tibb Agentliyinin (EMA) icazəsi alınmalıdır.

14

"Heç filmdə görməzsən" - azərbaycanlıların mühəndis işləri erməniləri vəlvələyə saldı

10
(Yenilənib 22:03 03.03.2021)
İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşdirmələri aparılır. Bu gün Şahverdilərdə başlanan mühəndis işləri erməniləri təşvişə salıb

BAKI, 3 mart - Sputnik. Azərbaycan Şahverdilər kəndində mühəndis işlərinin icrasına başlayıb. 

Sputnik Ermənistan bildirir ki, bu barədə Gorusun meri İrina Yolyan Facebook səhifəsində yazıb. 

"Bizim snayperlərimiz parlamentdə yerlərini alıb silahı xalqa tuşladıqları vaxt düşmən (azərbaycanlıları nəzərdə tutur - red.) bu gün Vorotanda (Şahverdiləri nəzərdə tutur - red.) mühəndis işlərinə başlayıb. Yəqin ki, az vaxtdan sonra görəcəyik ki, Vorotandan Şurnuxunun mərkəzinəcən səngər qazıblar. İşlər bütün perimetr boyu aparılır", - Yolyan yazıb və fotolar əlavə edib.

Onun sözlərinə görə, bu işlər barədə, çox güman ki, səlahiyyətli orqanlara və şəxslərə məlumat verilib, amma onlar susurlar. 

"Sakinlərin dinc həyatı təhlükə altındadır, kimsə də Süniyin iqtisadi inkişafından danışır. Nə deyəsən, ekstremal turizm üçün bütün şərait var: kəndin ortasında səngərlər və silahlı düşmən (azərbaycanlıları nəzərdə tutur - red.), beləsini heç filmdə də görməzsən", - Gorus meri yazıb.

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşdirmələri aparılır. Ermənistanın qanunsuz olaraq öz ərazisinə qatdığı ərazilərin bir qismi Azərbaycana qaytarıldığından orada yerləşdirilən əhali narazılıq edir.

10
Teqlər:
səngər, mühəndis təminatı, Şurnuxu kəndi, Azərbaycan, Ermənistan
Tisian Veçellionun əsəri, arxiv şəkli

Tisianın itmiş hesab olunan əsərlərindən biri təsadüf nəticəsində tapılıb

7
Bərpaçı ehtimal edir ki, Tisianın üzünü kətana oğlu və tələbəsi Horasio Veçellio əlavə edib. Kətanı ultrabənövşəyi şüalarla işıqlandıran Mur sənətkarın imzasını da görüb: TITIANVS.

BAKI, 3 mart — Sputnik. İtalyan rəssam, XVI əsr Venesiya rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri Tisian Veçellionun itmiş hesab olunan əsərlərindən biri tapılıb. Rəsmi britaniyalı restavrator və sənətşünas Ronald Mur İngiltərədə əyalət kilsələrinin birində aşkarlayıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, intibah dövrünə aid rəsm Ledburi şəhərində "Müqəddəs Mixail və bütün mələkləri" məbədində təsadüfən diqqətini çəkib. Əsər yüz ildən artıq idi ki, orada heç kim tərəfindən tanınmadan asılı halda qalıbmış.

Ronald Mur Leonardo da Vinçinin "Son Şam yeməyi" freskasının 19-cu əsrə aid nüsxəsini bərpa etmək üçün oraya gedibmiş. O, kilsənin gözdən uzaq küncündə üzəri eyni mövzuda işlənmiş kətan tapıb. Əsərə baxdıqda onun çox-çox əvvəl çəkildiyi aydın olub.

Rəsmdən bir neçə qat solğun lak silindikdən sonra Mur Tisianın "imzasını" - həvarilərdən birinin obrazında sənətkarın öz portretini tapıb. Bərpaçı ehtimal edir ki, Tisianın üzünü kətana oğlu və tələbəsi Horasio Veçellio əlavə edib. Kətanı ultrabənövşəyi şüalarla işıqlandıran Mur sənətkarın imzasını da görüb: TITIANVS.

 

7