BAKI, 20 yanvar - Sputnik. İspaniya paytaxtında bu gün axşam saatlarında baş verən güclü partlayış nəticəsində iki nəfər ölüb, xeyli yaralı var.
Imágenes desde el edificio de al lado de la explosión en puerta de toledo, madrid central pic.twitter.com/w0cLH3WWjR
— El Motín (@ElMotinRD) January 20, 2021
Sputnik Azərbaycan TeleMadrid telekanalına istinadən bildirir ki, partlayış Madridin Toledo küçəsində olub. Hadisə yerinə gələn şəhər meri Xose Luis Martines Almeyda kilsənin yaxınlığında yerləşən hündürmərtəbəli binada qaz sızmasından partlayış olduğunu təsdiq edib.
Madrid lleva sobre sus espaldas, y en cuestión de días, un descontrol terrible de la pandemia, una nevada imposible y una explosión dramática.
— Pilar Rodríguez Losantos (@pirlosantos) January 20, 2021
En todos esos escenarios, el Alcalde. Si en los momentos difíciles se forjan los líderes, Almeida no tendrá fin.
pic.twitter.com/Xcj5D5Lm9X
Binanın üst mərtəbələri dağılıb, qalan hissəsinin də uçmaq təhlükəsi var. Partlayışın səsi bir neçə kilometr aralıdan eşidilib. Əraziyə yanğınsöndürənlər, xilasedicilər və həkimlər gəliblər. Yaralılara yardım göstərilməsi üçün partlayış olan binadan bir qədər aralı səhra hospitalı qurulub. Bir neçə xəsarət alan şəxs xəstəxanalara çatdırılıb. Əhalini polis təxliyə edir.
BAKI, 26 fevral — Sputnik. "Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla dünənki söhbətində bu ölkədə vəziyyətin qanun çərçivəsində həll olunmasının tərəfdarı olduğunu bildirib", – bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Əgər bizim yayımladığımız mətnə diqqətlə baxsaydınız, ehtimal ki, orada Rusiya prezidentinin problemin qanun çərçivəsində həllinə tərəfdar olduğunu göstərən sözlərini oxumaq fürsəti tapardınız. Bu, çox vacibdir. Biz bu barədə kifayət qədər informativ xülasə verdik", - Peskov jurnalistlərin Rusiya və Ermənistanın Putin və Paşinyan arasında dünən baş tutmuş telefon danışığına dair yaydıqları rəsmi məlumatlarda fikir ayrılığının olması barədə sualını cavablandırarkən belə deyib.
Qeyd edək ki, Ermənistan hökumətinin veb saytında "Prezident Putin Ermənistanın qanuni hakimiyyətini dəstəklədiyini bildirdi" şəklində məlumat yer alsa da, Kremlin açıqladığı mətndə dəstəklə bağlı heç bir qeydə rast gəlinməmiş, yalnız Putinin Ermənistanda asayişi və sakitliyi qorumağa, vəziyyəti qanun çərçivəsində tənzimləməyə çağırdığı ilə bağlı sözləri öz əksini tapmışdı.
Xatırladaq ki, dünən Ermənistanda baş vermiş dövlət çevrilişinə cəhddən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng vurub.
BAKI, 26 fevral - Sputnik. Avropa İttifaqı ölkələrinin liderləri peyvənd olunma haqda elektron sertifikatların tətbiqi barədə razılığa gəliblər.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Almaniya Kansleri Angela Merkel koronavirus üzrə iclasdan sonra deyib.
O bildirib ki, peyvənd olunmanı təsdiq edən sənəd üçüncü ölkələrdən olan vətəndaşların Aİ-yə gəlməsində əsas sənədlərdən biri ola bilər.
"Texniki məsələləri işləyib hazırlamaq üçün Avropa Komissiyasına təxminən üç ay gərək olacaq", - Merkel əlavə edib.
Kansler izah edib ki, əvvəlcə belə sertifikatları üzv ölkələr işləyib hazırlayacaq, Avrokomissiya isə onları uyğunlaşdıracaq və beləliklə o, ittifaqın bütün ölkələrində istifadəyə yararlı olacaq.
Sammitin yekunlarına dair birgə bəyannamədə Avropa ölkə və hökumətlərinin rəhbərləri qeyd ediblər ki, vaksinlərin təsdiqlənməsi ilıə istehsalının sürətləndirilməsi barədə də razılığa gəliblər.
BAKI, 26 fevral — Sputnik. Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı respublikanın bütün ərazisində 1 dəqiqəlik sükut elan olunacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Avtosfer-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, saat 17.00-da bütün yollarda nəqliyyatın hərəkəti dayandırılacaq. Sürücülərin diqqəti yol polislərində olsun ki, sayğı duruşu işarəsində onlar da Xocalı soyqırımı qurbanlarını bir dəqiqəlik sükutla yad etsinlər.