Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan koronavirus peyvəndi vurdurdu

32
(Yenilənib 20:59 14.01.2021)
Türkiyədə ilk vaksinasiya günündə 254 min tibb işçisi Çin vaksini vurdurub. Ərdoğan deyib ki, əlavə olaraq 25-30 milyon peyvənd dozası yaxın günlərdə Türkiyəyə gətiriləcək

BAKI, 14 yanvar - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara şəhər xəstəxanasında koronavirus infeksiyası əleyhinə peyvənd vurdurub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə NTV telekanalı məlumat yayıb. Prezident özü isə bir qədər sonra Telegram kanalında və Twitter-də bunu təsdiqləyib.

​Ərdoğandan öncə ölkənin Səhiyyə naziri Fahrettin Koca canlı yayımda Çinin SivoVac şirkətinin CoronaVac peyvəndini vurdurub. Bununla ölkədə vaksinasiya prosesi başlayıb. Türkiyə Səhiyyə Nazirliyindən bildirilib ki, ölkədə ilk vaksinasiya günündə 254 min tibb işçisi Çin vaksini vurdurub. 

Qeyd olunur ki, R.T.Ərdoğana 28 gündən sonra peyvənd təkrarən vurulacaq. Ölkə başçısı deyib ki, əlavə olaraq təxminən 25-30 milyon peyvənd dozası yaxın günlərdə Türkiyəyə gətiriləcək. 

 

32
Mövzu:
Yeni tip koronavirus pandemiyası (585)

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

4
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

4
Teqlər:
mafiya, İtaliya
Erməni əsgərlərinin dəbilqələri, arxiv şəkli

Ermənistan müharibədə ölən hərbçilərinin siyahısını yeniləyib - sayları durmadan artır

34
Ermənistanın Səhiyyə naziri Anait Avanesyan bildirib ki, hər gün 30 meyitin ekspertizasını həyata keçirilər.

BAKI, 21 yanvar - Sputnik. Ermənistanın Səhiyyə Nazirliyi İkinci Qarabağ müharibəsində həlak olmuş 3450 əsgərinin meyitini ekspertizadan keçirib.

Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə səhiyyə naziri Anait Avanesyan bildirib.

Hökumətin iclasından sonra jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, hər gün 30 meyitin şəxsiyyəti müəyyənləşdirilir.

O, hələ də şəxsiyyətləri müəyyənləşdirilməyən meyitlərin olduğunu etiraf edib. Nazir jurnalistlərin nə qədər meyitin şəxsiyyətinin müəyyənləşdirilməməsi barədə sualına cavab verməyib. Lakin bildirib ki, meyitlərin tanınması prosesi sürətlənib.

Ötən gün Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində 3 439 hərbi qulluqçunun həlak olduğunu açıqlayıb.

34