Kıvanç Tatlıtuğ azadlıqdan məhrum ediləcək?

© AFP 2023 / PHILIPPE HUGUENМужчина в наручниках в полицейском участке, фото из архива
Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Prokuror 2012 və 2013-cü illərdə törətdiyi əməllərə görə aktyorun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

BAKI, 14 yanvar — Sputnik. Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun saxta qəbzlər istifadə etməkdə ittiham olunduğu məhkəmə prosesi keçirilib. İclasda aktyorun vəkili iştirak edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, prokuror 2012 və 2013-cü illərdə sahib olduğu şirkətdə vergidən yayınmaqda ittiham olunan aktyorun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Lakin Tatlıtuğ haqqında irəli sürülən iddiaların yetərsiz olduğu qənaətinə gələn hakim aktyorun bəraəti barədə hökm çıxarıb.

Xəbər lenti
0