Lukaşenko: Avropa Şurasının "quldur sanksiyalarına" cavab verəcəyik

© Sputnik / Andrey Stasevich / Mediabanka keçidПрезидент Белоруссии Александр Лукашенко в аэропорту Сочи
Президент Белоруссии Александр Лукашенко в аэропорту Сочи - Sputnik Azərbaycan
Abunə olmaq
Belarus prezidenti artıq Baş nazirin müavini Yuri Nazarov və sənaye naziri Pyotr Parxomçikə bu barədə tapşırıq verib.

BAKI, 12 yanvar — Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko Qərbin bu ölkəyə qarşı sanksiyalarını "quldur sanksiyaları" adlandıraraq buna simmetrik cavab verəcəklərini bildirib. Sputnik Belarusun verdiyi xəbərə görə, Lukaşenko artıq Baş nazirin müavini Yuri Nazarov və sənaye naziri Pyotr Parxomçikə bu barədə tapşırıq verib.

Qeyd edək ki, Belarusda 2020-ci ilin avqust ayının 9-da keçirilmiş prezident seçkisində Lukaşenkonun altıncı dəfə qalib gəldiyi elan olunmuşdu. Belarus Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, o, səslərin 80,1 faizini qazanıb. Seçkinin nəticəsi elan olunandan sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb və hələ də davam edir.

Seçkidən sonra Avropa Şurası bu ölkənin bir sıra səlahiyyətli şəxsinə qarşı mitinq iştirakçılarına zor tətbiq edilməsi və səsvermənin nəticəsinin saxtalaşdırılması səbəbindən sanksiya elan edib.

Avropa Şurası bir qədər bundan əvvəl Belarusa qarşı sayca üçüncü sanksiya siyahısını açıqlamışdı. Bu siyahıya 29 fiziki şəxs və 7 qurum daxil edilib. Beləliklə, hazırda ümumilikdə Belarusdan 88 fiziki şəxs və 7 qurum Avropa Şurasının sanksiyası altındadır. Siyahıya Belarusun prezidenti Aleksandr Lukaşenko da var.

Avropa Şurasından bəyan ediblər ki, əgər Belarusda vəziyyət dəyişməsə, sanksiyaların siyahısını bir az da genişləndirəcəklər.

Xəbər lenti
0