BAKI, 12 yanvar — Sputnik. Koronavirus pandemiyası ilə mübarizə aparan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni iddia ilə üz-üzə qalıb. Sputnik Azərbaycan "Hürriyet" qəzetinə istinadla xəbər verir ki, iddiaya əsasən, ÜST Birləşmiş Ərəb Əmirliklərindən Liviyaya tibbi ləvazimatlar göndərmək üçün Suriyanın "Cham Wings" hava yolları şirkətinə məxsus təyyarədən istifadə edib. Bu iddia ÜST-ün Liviya ofisinin rəsmi Twitter hesabındakı paylaşımdan sonra ortaya çıxıb.
Qeyd edək ki, bu günlərdə Suriyadan Liviyaya xəlifə Hafterin qruplaşmalarında döyüşmək üçün yollanan əsgərlər məhz "Cham Wings" hava yolları ilə göndərilmişdi.
Digər tərəfdən, kəşfiyyat məlumatlarına görə, "Cham Wings" ə məxsus təyyarələrin modelləri və quyruq nömrələri qanunsuz yollarla milis qüvvələrini Liviyaya ötürən təyyarələrlə tam uyğun gəlir. Bu məlumatların sanksiya qərarlarında ABŞ Maliyyə Nazirliyi tərəfindən də istifadə edilməsi iddiaları bir az da gücləndirir.
Hava yolları şirkəti ilə əlaqəli başqa bir diqqətçəkən detal isə general Qasım Süleymaninin keçən ilin yanvar ayında ABŞ tərəfindən öldürülməsindən bir müddət əvvəl Bağdada getmək üçün məhz "Cham Wings" aviaşirkətinə məxsus təyyarədən istifadə etməsidir.
ÜST-dən hələlik məsələyə rəsmi münasibət bildirilməyib.
Xatırladaq ki, "Cham Wings" hava yolları 2011-ci ildə Suriyada Vətəndaş Müharibəsi başlayandan dərhal sonra Suriya rejiminə tətbiq olunan sanksiyalar çərçivəsində qara siyahıya salınmışdı. ABŞ Maliyyə Nazirliyi 2013-cü ildə bu şirkətə qarşı sanksiya tətbiq edilməsinə qərar vermişdi. 2016-cı ildə isə"Cham Wings" hava yolları şirkətinin Avropa Şurası və ABŞ-ın hava sahələrindən istifadəsi qadağan edilmişdi. Sanksiyaların səbəbləri arasında terrorizmi dəstəkləmək, Suriya rejiminə maliyyə yardımı, sponsorluq, maddi və ya texnoloji dəstək göstərmək, mal və ya xidmətlə təmin etmək, İran və Suriya arasında silah və əsgər daşımaq kimi məqamlar yer alır.
BAKI, 16 yanvar — Sputnik. Bir vaxtların məşhur modeli Loni Uillison hazırda küçədə yaşayır.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya ştatında yaşayan model ötən gün zibil qutularını qarışdırarkən jurnalistlərin obyektivlərinə tuş gəlib.
Loni Willison littering the trash again.https://t.co/3BpxiKh3Hf
— Maraaz.Com (@Maraazcom) January 15, 2021
Loni Uillison məşhur "Baywatch" serialının ulduz aktyoru Ceremi Ceksonla evli olub. Bu evlilik 2014-cü ildə sonlandıqdan sonra əvvəlki kimi ictimaiyyətdə görünməyən Uillison 2018-ci ildən bəri küçələrdə yaşayır.
BAKI, 16 yanvar — Sputnik. Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir.
"Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər", - deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə yanvarın 18-dən ölkədə xüsusi karantin rejimi çərçivəsində tətbiq ediləcək yumşaldılmalarla bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov məlumat verib.
O bildirib ki, ilk növbədə tibb işçiləri vaksinasiya ediləcəklər. Tədbirdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev də iştirak edirlər. Brifinqdə vaksinasiya ilə bağlı məlumatlar açıqlanır.