Qazax;standa parlament seçkiləri, arxiv şəkli

Qazaxıstanda səsvermə: boykot, göysifət çılpaq adam, ayılar, Qrinç - VİDEO

25
(Yenilənib 14:48 10.01.2021)
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, etiraz əhvalı bütün dünyada var və əgər seçkiylə əlaqədar etirazlar başlasa, polis qanuna müvafiq qaydada hərəkət edəcək, etiraz edənlərə qarşı heç bir repressiv addım atılmayacaq

BAKI, 10 yanvar - Sputnik. Hüquq-mühafizə orqanlarının əməkdaşları Almatının mərkəzində etiraz aksiyasının keçirilməsinə mane olurlar. RİA Novosti xəbər verir ki, aksiyanın bir neçə iştirakçısı saxlanılıb.

Qırğızıstanda seçki, arxiv şəkli
© AFP 2020 / VYACHESLAV OSELEDKO

Bu gün Qazaxıstan parlamentinin aşağı palatasına seçki keçirilir. Seçkini boykot etmək planını isə hələ dünəndən qeydə alınmamış Qazaxıstan Demokrat Partiyası, "Oyan, Qazaqstan!" (Oyan, Qazaxıstan), eləcə də məhkəmənin qadağan elədiyi "Qazaxıstanın demokratik seçimi" hərəkatı bəyan etmişdilər. Şəhərin mərkəzindəki Respublika meydanında, Müstəqillik abidəsinin yaxınlığında toplaşan, əsas mitinqə qoşulmaq istəyən onlarla etirazçını polis mühasirəyə alıb. Etirazçılar seçkinin boykot edilməsinə çağırırlar.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, etiraz əhvalı bütün dünyada var və əgər seçkiylə əlaqədar etirazlar başlasa, polis qanuna müvafiq qaydada hərəkət edəcək, etiraz edənlərə qarşı heç bir repressiv addım atılmayacaq.

Sputnik Qazaxıstan isə seçki günü müşahidə olunan digər maraqlı tendensiyaları gözdən qaçırmayıb. 

Məsələn, Karaqandada seçki mənətəqələrindən birində ayı kostyumunda iki nəfər peyda olub. Ancaq yaşları çatmadığından onları səsverməyə buraxmayıblar.

Посмотреть эту публикацию в Instagram

Публикация от «ҚАЗАҚПЫЗ ҒОЙ» (@qazaqpyz_goi)

Nursultanda isə üzünü və saçını göy rəngə boyamış kişi məntəqəyə alt paltarında gəlib. 12 dərəcə şaxta və küləyə rəğmən paytaxt sakini, bloger Yuri Toloçko mayka-tumanda gəzməyini seçkilərin şəffaf keçirilməsi arzusu, üzünü və saçını göy rəngə boyamasını isə tolerantlıq rəmzi kimi qələmə verib.

"İstəyirəm ki, bizdə gözün formasına, dərinin rənginə, düşüncə tərzinə, gender mənsubiyyətinə, seksual oriyentasiyaya görə diskriminasiya olmasın", - "böyüklər üçün" kukla ilə "evli" olan Toloçko izah edib. 

Kostanayda isə seçicilərin diqqətini Qrinç ("Qrinç - Milad oğrusu" filminin qəhrəmanı) və Südəmər körpə (eyniadlı cizgi filminin qəhrəmanı) kostyumunda olan şəxslər cəlb ediblər. 

Посмотреть эту публикацию в Instagram

Публикация от @kris_p_almaty +21 | 🇰🇿🚔🔝 (@kris.p.online)

Qeyd edək ki, seçki bu gün yerli vaxtla 20:00-da başa çatacaq.

25
Teqlər:
parlament seçkisi, Qazaxıstan
Штаб-квартира Министерства обороны США, фото из архива

Tarixdə ilk dəfə qaradərili general Pentaqonun rəhbəri təyin edilib

15
(Yenilənib 20:58 22.01.2021)
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.

İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.

15
Teqlər:
Pentaqon, ABŞ
Yerevanda etirazlar

Ermənistan dünyanın vecinə deyil - Serj Sarqsyanın səfir kürəkənindən şok sözlər

25
(Yenilənib 18:41 22.01.2021)
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır” - erməni politoloq.

BAKI, 22 yanvar - Sputnik. “Ölkə erməni xalqının, erməni xalqı hakimiyyətin, Ermənistan isə dünyanın vecinə deyil”.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni, mühacir diplomat Mikael Minasyan söyləyib.

Qeyd edək ki, son günlər Ermənistanda bu ölkənin ictimaiyyətinə xas olmayan bir sıra bəyanatlar gündəmə gəlib. Məsələn, yanvarın 20-də ölkənin baş naziri Nikol Paşinyan Şuşanın erməni şəhəri olmadığını bildirib. Bu gün isə N.Paşinyanın əqidədaşı, politoloq Levon Şirinyan daha sərt açıqlama verib:

“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.

25

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0