Birdən istirahətə getmək fikrinə düşərsiniz - Dünya ölkələrinə səfər qaydaları dəyişir

117
(Yenilənib 13:05 10.01.2021)
Artıq bəzi ölkələrdə COVID-19 vaksini vurdurmuş şəxslərin digərlərinə nisbətən daha imtiyazlı olacağı hiss olunur

BAKI, 10 yanvar – Sputnik. Dünyanın bir neçə ölkəsi yanvar ayından turistlər üçün səfər qaydalarını dəyişib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunlar arasında Kuba, Böyük Britaniyaya uçanların koronavirus test nəticələri mütləq mənfi olmalıdır, turizm cənnətlərindən sayılan Yunanıstan isə karantin müddətini uzadıb. Ancaq qonaqlar üçün qapılarını taybatay açan ölkələr də var.

Test və karantin

Yanvarın 10-dan Kubada istirahət etmək istəyənlər uçuşdan 72 saat öncə qandan PZR testi verməlidirlər. Ancaq bu da son deyil, bir dəfə mütləq qaydada aeroportda, ikinci dəfə isə beş gün sonra yenidən yoxlamadan keçmək tələb olunur.

© REUTERS / Alexandre Meneghini
Qızlar maskada şəkil çəkdirirlər, Havana, Kuba

Gələn həftədən isə Böyük Britaniyaya səfər qaydaları dəyişir. “Təyyarə, gəmi və qatar sərnişinləri, o cümlədən britaniyalıların özləri də ölkəyə gəlməmişdən 72 saat öncə verdikləri COVID-19 testinin mənfi olduğu barədə arayış təqdim etməlidirlər. Gələn həftədən etibarən qüvvəyə minən bu qayda bütün İngiltərəyə şamil edilir, ancaq Şotlandiya, Uels və Şimali İrlandiyanın da tezliklə analoji məhdudiyyət tətbiq edəcəyi gözlənilir”, - Lonely Planet yazır.

Bu qaydaya uymayanlar 500 funt-sterlinq məbləğində cərimə ödəyəcəklər.

© REUTERS / Hannah McKay
Santa-Klaus papağı geymiş sakinlər Hayd-parkda Serpentin gölündə üzürlər, London

Koronavirusa yoluxma riskinin yüksək olduğu ölkələrdən gələnlər, hətta mənfi COVID-19 testinə malik olsalar belə, mütləq karantində qalmalı olacaqlar. Ölkəyə gələndən beş gün sonra təkrar aparılan test nəticəsi mənfi çıxarsa, onlara özünütəcriddən çıxmağa icazə veriləcək.

Yunanıstan beynəlxalq reyslərin sərnişinləri üçün qüvvədə olan üç günlük özünütəcrid məcburiyyətini 7 günədək artırıb. Əgər qonaq daha qısa müddət üçün ölkəyə gəlirsə, məhdudiyyət həmin müddət ərzində qüvvədə olur – yəni qonaq çıxıb gedənəcən. Xarici turistlər hava limanına enərkən ekspres-testdən də keçirilirlər.

Açıldı?..

Virciniya adaları yanvarın 21-də dəniz limanlarını açmaq niyyətində idi. Amma bu tarixi martın 1-dək təxirə saldı, üstəlik, Böyük Britaniyadan turistlərin səfərinə müvəqqəti qadağa qoydu.

Bunadək adalar qonaqlar üçün sərhədi açmışdı, ancaq tələblər çox sərt idi.

İndiyədək qonaq qəbul etməyən Şri-Lanka isə yanvarın 21-dən turistlər üçün açıq olacaq. Düzdür, bütün gələnlər PZR testi verməli olacaqlar. Ölkədə qalmağın minimal müddəti 14 gün müəyyən edilib və bu vaxt ərzində turistlər əvvəlcədən müəyyən edilmiş turistik zonalarda yaşamağa məcbur qalacaqlar.

Tibbi maskada olan çinli turist Şri-Lankada
© REUTERS / DINUKA LIYANAWATTE
Çindən olan turist qadın Şri-Lankada

Ölkə üzrə xüsusi “dəhliz”lərlə hərəkət yalnız qonaqların testlərinin mənfi cavabı çıxdıqdan sonra mümkün olacaq. Hökumət həmçinin yalnız turistlərin səfər edə biləcəyi 14 gəzməli-görməli yer müəyyənləşdirib.

Havayın populyar Kauai adası da yenidən qonaq qəbul etməyə hazırlaşır. Dekabrın əvvəlində koronavirusa yoluxmanın artması səbəbindən orada turistlər üçün məcburi ikihəftəlik karantin rejimi tətbiq edilmişdi. Ancaq USA Today-in məlumatına görə, yanvarın 5-dən  etibarən səfərdən 72 saat öncə koronavirus testi verib mənfi nəticə alanlar əvvəlcə Havayın başqa bir adasına gəlib, orada 3 gündən sonra yenidən testdən uğurla keçdikləri təqdirdə rahatlıqla Kauaiyə gəlmək imkanı qazanırlar.

Tailandda tədbirlərin yumşaldılması hələlik gözlənilmir. Ancaq yerli turoperatorlar hökumətdən COVID-19 vaksini vurdurmuş turistlər üçün 14 günlük karantin tələbinin ləğvini xahiş ediblər.

Sinqapur da vaksinasiyadan keçmiş səyahətçilər üçün məhdudiyyətlərin yumşaldılması imkanlarını nəzərdən keçirir.

117
Teqlər:
Tailand, Sinqapur, Şri-Lanka, Yunanıstan, Kuba, Böyük Britaniya, dünya, qayda, səyahət, səfər, turistlər, turizm
Mövzu:
Yeni tip koronavirus pandemiyası (578)
Bankada dollarlar, arxiv şəkli

Financial Times: "Dolları taxtdan salacaqlar"

10
(Yenilənib 22:13 16.01.2021)
"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq" - Avrokomissiyadakı mənbə

BAKI, 16 yanvar - Sputnik. Avropa Şurası dünya bazarında "dolların ağalığının" həddi aşdığını bəyan edəcək. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Financial Times Avropa Komissiyasındakı mənbələrinə istinadən yazıb. 

Qəzetin məlumatına görə, AŞ bu məsələni ABŞ-ın yeni prezidenti Co Baydenin yanvarın 20-də planlaşdırılan inauqurasiyasından əvvəl qaldırmaq istəyir. Avropa Komissiyasının layihəsinin yanvarın 19-da qəbul ediləcəyi gözlənilir, həmçinin ona əlavələrin ediləcəyi də istisna olunmur. 

FT əlavə edir ki, layihədə ABŞ Prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi məhdudlaşdırma tədbirlərindən sonra Avropa ölkələrinin müəyyən çətinlik çəkdiyi qeyd olunur. Sənəddə bazarların "qeyri-qanuni eksterritorial tətbiqin nəticələrindən" qorunmasının vacibliyi vurğulanır. 

"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq. Söhbət AŞ-nın dünyadakı yerindən, ölçülərimizə müvafiq olan iqtisadi və maliyyə dövlətinin imkanlarından gedir", - mənbələrdən biri deyib.

10
Teqlər:
"The Financial Times", Avropa Komissiyası, Avropa Şurası, dollar
Mayk Pompeo, arxiv şəkli

Pompeodan dünyanı çalxalayacaq bəyanat

33
(Yenilənib 22:17 16.01.2021)
Pompeo qeyd edib ki, hələ 2019-cu ilin yayında Uhanın virusologiya institutunda bir neçə əməkdaş koronavirusa bənzəyən xəstəliyə yoluxub

BAKI, 16 yanvar - Sputnik. ABŞ-ın Dövlət katibi Mayk Pompeo koronavirusun Çinin dövlət laboratoriyalarında hazırlandığını təsdiq edən sənəd yayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Dövlət Departamentinin saytındakı yazılı bəyanatda deyilir. 

"Bu həftə Çinə gələn ÜST-ün istintaq qrupunun həyati vacib fəaliyyətinə kömək etmək üçün Amerika Birləşmiş Ştatlarının hökuməti bu gün Çinin dövlət laboratoriyalarının 2019-cu ildəki fəaliyyəti barədə yeni informasiyanı paylaşır", - bəyanatda deyilir.

Pompeo qeyd edib ki, hələ 2019-cu ilin payızında Uhanın virusologiya institutunda bir neçə əməkdaş koronavirusa bənzəyən xəstəliyə yoluxub. 

Dövlət katibi həmçinin bildirib ki, yarasaların RaTG13 koronavirusu SARS-CoV-19 ilə 96% identikdir.

Xatırladaq ki, pandemiya başlayandan dünyada 94 milyon insan koronavirusa yoluxub, 2 milyondan çox insan COVID-19 xəstəliyindən dünasını dəyişib.

33
Teqlər:
Mayk Pompeo, ABŞ, laboratoriya, Çin, Uhan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası (578)
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

16
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

16
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət