BAKI, 9 yanvar - Sputnik. Yanvarın 6-da Kapitoliyə vikinq qiyafəsində hücum edən Arizona sakini Ceykob Entoni Çanslini saxlayaraq ona qarşı ittiham irəli sürüblər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə FOX5 məlumat yayıb.
Bildirilir ki, Çansli paytaxtın Kolumbiya dairəsinin məhkəməsinə çıxarılıb. Onu Kapitolidə ictimai asayişin pozulmasında, zorakı müdaxilədə, qapalı məkana qəsdən daxil olma və qeyri-qanuni olaraq orada qalmaqda ittiham edirlər.
In case you have any questions about the contemporary relevance of medieval history, this Viking cosplay guy whose photo I saved in November showed up again today inside the U.S. Capitol. pic.twitter.com/9awIjN1Ir6
— Dr. Stephennie Mulder (@stephenniem) January 6, 2021
"KİV-in Konqresdən yaydığı şəkillərdə buynuzları olan ayı dərisindən papaq geymiş, üzü qırmızı-ağ-göy boya ilə rənglənmiş, çılpaq bədənli adamın Çansli olduğu təsbit edilib. Həmin adam əlində Amerika bayrağı sancılmış nizə daşıyırdı", - Ədliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.
Yanvarın 6-da ABŞ-ın fəaliyyətdə olan prezidenti Donald Trampın tərəfdarları sonuncu prezident seçkisinin nəticəsinin təsdiq olunduğu ABŞ Konqresinin binasına hücum ediblər. Qarşıdurmada 5 nəfər ölüb. Son məlumatlara görə, hücumda iştirak edən 55 nəfərə cinayət işi açılıb.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.