ABŞ-da koronavirusun daha yeni bir növü aşkarlandı

© REUTERS / Lucas JacksonСитуация в связи с эпидемиологической обстановкой в США
Ситуация в связи с эпидемиологической обстановкой в США - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumata görə, yeni növlə bağlı hesabata görə, maska taxılmadığı və sosial məsafə qorunmadığı təqdirdə epidemiya daha kəskin vəziyyət ala bilər.

BAKI, 9 yanvar — Sputnik. ABŞ-da koronavirusun yeni bir növü aşkar edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, NBC News-un verdiyi məlumata görə, yeni variant Böyük Britaniyada aşkarlanan mutasiyadan fərqli olaraq, 50 faiz daha sürətlə yayılır.

Məlumata görə, yeni növlə bağlı hesabata görə, maska taxılmadığı və sosial məsafə qorunmadığı təqdirdə epidemiya daha kəskin vəziyyət ala bilər.

ABŞ-da koronavirusa yoluxmada yaz və yay ayları ilə müqayisədə iki qat artım müşahidə edilir.

Worldometersin məlumatına görə, son 24 saat ərzində ABŞ-da 205594 yeni yoluxma faktı qeydə alınıb.

ABŞ-da ümumi yoluxma 22343801-dir. Ölkədə koronavirusdan 376459 ölüm halı qeydə alınıb.

Xəbər lenti
0