Ehtiraslar qızışır: Amerikada artıq Trampın nüvə düyməsinə basacağından ehtiyat edirlər

44
(Yenilənib 23:42 08.01.2021)
Nümayəndələr Palatasının spikerinin sözlərinə görə, Tramp "bölücü işlər" aparıb, hazırda isə "çox təhlükəli adamdır".

BAKI, 8 yanvar - Sputnik. Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi "ABŞ-ı hazırkı Prezident Donald Trampdan qorumağa" səsləyib.  

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə onun rəsmi saytda yerləşdirilən bəyanatında deyilir. 

"Bu səhər mən Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Mark Milli ilə səbatsız prezidenti hərbi əməliyyatların başlanmasından çəkindirmək və ya nüvə zərbəsinin endirilməsi üçün şifrələrə əlyetənliyinin qarşısının alınması üçün təhlükəsizlik tədbirlərini müzakirə etmişəm", - Pelosinin bəyanatında deyilir. 

O, bir qədər əvvəl ABŞ prezidentini vəzifəsindən kənarlaşdırmağa çağırıb. Pelosinin sözlərinə görə, Tramp "bölücü işlər" aparıb, hazırda isə "çox təhlükəli adamdır". O, həmçinin əgər Mayk Pens Trampın iş qabiliyyətli olmadığını bəyan etməzsə, dövlət başçısına qarşı impiçment irəli sürəcəyi ilə hədələyib.

Konstitusiyanın 25-ci maddəsinə görə, əgər vitse-prezident Mayk Pens və Trampın kabinetinin əksəriyyəti onun iş qabiliyyətinin olmadığını təsdiqləsə, o zaman Pens avtomatik olaraq prezidentin vəzifələrinin müvəqqəti icraçısı olur, sonra isə iş konqressə keçir. Və əgər konqres də qərar verməyi ləngitsə, həmin müddət ərzində Pens prezidentin vəzifəsini icra edir.

Çərşənbə günü Donald Trampın çıxış etdiyi mitinqdən sonra onun tərəfdarları Kapitoli binasına hücum ediblər. Binaya zərər vurulub. İğtişaş səbəbindən Konqresin Co Baydenin prezident seçkisində qələbəsini təsdiqləməsi gecikib. Bu fonda demokratların Senatdakı liderləri Trampa qarşı impiçmentə səsləyiblər. Qarşıdurmalarda 2 nəfər ölüb, onlardan biri Kapitolinin polis əməkdaşıdır.

44
Teqlər:
hərbi əməliytatlar, müharibə, nüvə silahı, Donald Tramp, ABŞ Nümayəndələr Palatası
Штаб-квартира Министерства обороны США, фото из архива

Tarixdə ilk dəfə qaradərili general Pentaqonun rəhbəri təyin edilib

15
(Yenilənib 20:58 22.01.2021)
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.

İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.

15
Teqlər:
Pentaqon, ABŞ
Yerevanda etirazlar

Ermənistan dünyanın vecinə deyil - Serj Sarqsyanın səfir kürəkənindən şok sözlər

25
(Yenilənib 18:41 22.01.2021)
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır” - erməni politoloq.

BAKI, 22 yanvar - Sputnik. “Ölkə erməni xalqının, erməni xalqı hakimiyyətin, Ermənistan isə dünyanın vecinə deyil”.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni, mühacir diplomat Mikael Minasyan söyləyib.

Qeyd edək ki, son günlər Ermənistanda bu ölkənin ictimaiyyətinə xas olmayan bir sıra bəyanatlar gündəmə gəlib. Məsələn, yanvarın 20-də ölkənin baş naziri Nikol Paşinyan Şuşanın erməni şəhəri olmadığını bildirib. Bu gün isə N.Paşinyanın əqidədaşı, politoloq Levon Şirinyan daha sərt açıqlama verib:

“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.

25

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0