İranın Trampın mümkün zərbəsinə cavabı özünü gözlətmədi - Fars körfəzi sahilində...

© AFP 2023 / ATTA KENAREВид на Тегеран, столицу Ирана, фото из архива
Вид на Тегеран, столицу Ирана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kompleksə elektron müdafiəni aşmağa qadir "yüzlərlə kilometr" mənzilli yüksək dağıdıcı gücə malik raketlər yerləşdirilib.

BAKI, 8 yanvar — Sputnik. İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK - İran silahlı qüvvələrinin bir bölməsi) Fars Körfəzi sahilində yeraltı raket bazasını nümayiş etdirib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Sepah News portalı məlumat yayıb. Məlumata əsasən, mərasimdə İİKK -nin baş komandanı Hüseyin Səlami, eləcə də "strateji" bazanın mənsub olduğu hərbi dəniz qüvvələrinin komandiri Alireza Tənqsiri iştirak edib.

H. Səlaminin sözlərinə görə, kompleksə elektron müdafiəni aşmağa qadir "yüzlərlə kilometr" mənzilli yüksək dağıdıcı gücə malik raketlər yerləşdirilib.

Məlumat ABŞ və İran arasında artan gərginlik və mətbuatda  Donald Trampın hakimiyyət müddətinin bitməsinə qədər (20 yanvar tarixinədək) İrana zərbə endirə biləcəyi barədə yayılan xəbərlərin fonunda birmənalı qarşılanmayıb.

Bir qədər bundan əvvəl ABŞ-ın müdafiə naziri Kris Miller bildirmişdi ki, "Nimits" təyyarədaşıyan gəmisini bölgədən geri çəkməyi planlaşdırsalar da, İranın təhdidlərindən sonra bu fikirdən daşınıblar.

Qeyd edək ki, general Qasım Süleymaniyə qarşı törədilmiş sui-qəsdin ildönümü ərəfəsində İranda Amerika əleyhinə çağırışlar güclənib və tez-tez ABŞ-a qarşı hücum olacağı barədə təhdidlər səsləndirilir. Belə ki, "Tasnim" agentliyinin verdiyi məlumata görə, İranın ali dini liderinin müşaviri general-mayor Yəhya Rəhim Səfəvi bu ölkənin hərbçilərinin Amerikanın hərbi  gəmilərini batırmağa qadir olduğunu söyləyərək, ABŞ-ı səhv hərəkətlərdən çəkinməyə çağırıb.

Xəbər lenti
0