"Netflix" həvəskarlarının nəzərinə - maraqlı yeniliklər var

© AP Photo / Chris PizzelloNetflix
Netflix - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni icarəyə götürülən müəssisələrdə həyata keçiriləcək layihələr arasında əvvəllər elan edilmiş İspaniyanın məşhur "La Casa de Papel" serialının Koreya adaptasiyası, həmçinin hazırda istehsal və ya inkişaf mərhələsində olan digər filmlər yer alır.

BAKI, 9 yanvar — Sputnik. "Netflix" Koreya filmləri və seriallarının istehsalını artırmaq üçün Seul yaxınlığında iki istehsal müəssisəsini icarəyə götürüb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, yeni studiyalarla şirkət Cənubi Koreyadan daha da çox möhtəşəm hekayələr istehsal etməyi planlaşdırır.

"Netflix" iddia edir ki, 2015-2020-ci illər arasında 80-dən çox şou daxil olmaqla Koreya kontenti üçün təxminən 700 milyon dollar xərcləyib.

Xəbər lenti
0