Kasım-Jomart Tokayev

Kasım-Jomart Tokayev: "Müstəqillik hər şeydən üstündür"

16
"Qazaxıstan vahid dövlətdir. Ölkəmiz cənuba, şimala, qərbə və şərqə bölünmür. Bunlar sadəcə şərti adlardır"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 6 yanvar — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin "Müstəqillik hər şeydən üstündür" adlı məqaləsi dərc olunub.

Sputnik Azərbaycan verir ki, "Kazaxstanskaya pravda" qəzetində dərc olunan məqalədə deyilir:

"Bu il Qazaxıstanın dövlət müstəqilliyinin 30 ili tamam olur. Bu, dirçəlmiş qazax dövlətçiliyinin, əcdadlarımızın arzu etdiyi azadlığın möhkəmlənməsi üçün önəmli tarixdir. Tarix üçün 30 il göz qırpımında keçən bir məqamdır. Lakin bu, bir çox xalqlar üçün çətinliklər və sevinclər, böhranlar və yüksəlişlərlə dolu bir dövrdür. Biz elə bu yolla da gedirik".

Tokayev Qazaxıstanın dövlət müstəqilliyinin hər on ilində əldə etdiyi uğurları sadalayıb.

"Qazaxıstan vahid dövlətdir. Ölkəmiz cənuba, şimala, qərbə və şərqə bölünmür. Bunlar sadəcə şərti adlardır", – deyə prezident qeyd edib.

"Biz milli maraqlarımızı istənilən üsullarla qorumalıyıq", - Kasım-Jomart Tokayev yazıb.

O bir daha vurğulayıb ki, Qazaxıstan torpağı əcnəbilərə satılmayacaq:

"Torpaq Məcəlləsinin bəzi müddəalarla bağlı moratoriumu gələn il bitir. Dövriyyəyə kənd təsərrüfatı məqsədli torpaqları daxil etmək və əhalinin rifahı naminə istifadə etmək çox vacibdir. Ona görə də bu il torpaq məsələləri üzrə komissiyanı yaratmaq lazımdır".

Dövlət başçısı Novruz bayramının qeyd edilməsi konsepsiyasının yaradılmasının vacibliyini qeyd edib. O, həmçinin, məsul dövlət orqanlarına və telekanallara tarix üzrə istiqamətləri inkişaf etdirməyi tapşırıb.

Qeyd edək ki, 2021-ci il Qazaxıstanın dövlət müstəqilliyinin 30 illiyinin qeyd olunmasına həsr olunub. Bundan öncə prezident qeyd edirdi ki, yubiley iqtisadi və siyasi islahatların həyata keçirilməsi, rəqəmsallaşma, uşaq və əlillərin hüquqlarının qorunması, ekologiya problemlərin həlli ilə bağlı olacaq.

16
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Sputnik V vaksininin istehsalı, arxiv şəkli

Rusiya peyvəndi Türkiyədə istehsal olunacaq

15
(Yenilənib 22:59 23.01.2021)
Rusiyanın "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalanıb.

BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.

15