Çində epidemioloji vəziyyət

Çin ÜST nümayəndələrini ölkəyə buraxmadı

13
(Yenilənib 19:47 06.01.2021)
ÜST rəhbərinin sözlərinə görə, qrupun iki üzvü Uhan şəhərinə getmək üçün öz ölkəsini tərk etsə də, Çin rəsmiləri onlara bu dövlətin ərazisinə daxil olmağa icazə verməyib.

BAKI, 6 yanvar — Sputnik. Çin hakimiyyəti yeni növ koronavirusun yaranma səbəblərini araşdırmaq istəyən Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrini ölkəyə buraxmayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Tedros Adan Gebreyesus məlumat verib.

Onun sözlərinə görə, qrupun iki üzvü Uhan şəhərinə getmək üçün öz ölkəsini tərk etsə də, Çin rəsmiləri onlara bu dövlətin ərazisinə daxil olmağa icazə verməyib.

ÜST rəhbəri bu xəbərə məyus olduğunu bildirib.

"Mən Çinin yüksək rütbəli məmurları ilə əlaqə yaradaraq başa salmağa çalışdım ki, bu ÜST üçün prioritet məsələdir", - deyə o vurğulayıb.

Qeyd edək ki, son məlumatlara görə, dünyada 8,6 milyon nəfər koronavirusa yoluxub və onlardan 1,8 milyon nəfər dünyasını dəyişib.

13

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

9
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

9
 Rusiyada epdimioloji vəziyyət

Vaksini tapıblar, amma xeyri yoxdur: bir gündə 586 nəfər öldü

12
(Yenilənib 16:03 19.01.2021)
Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

 

BAKI, 19 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 21734 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 586 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3612800-ə çatıb. Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95.5 milyonu keçib, 1,04 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

12
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

0
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

0