Şirkət rəhbərinin edamına qərar verildi: günahından biri iki dəfə evlənməkdir

© REUTERS / CNSAГосударственный флаг Китая установлен на Луне
Государственный флаг Китая установлен на Луне - Sputnik Azərbaycan
Abunə olmaq
"China Huarong" Çin hökumətinin 1999-cu ildə 1997-ci il Asiya maliyyə böhranına cavab olaraq qurduğu dörd aktiv idarə şirkətlərindən biri idi. "China Huarong" hazırda aktivlərinə görə Çində ən böyük şirkət hesab edilir.

 

BAKI, 5 yanvar — Sputnik. Çinin Tianjin şəhər məhkəməsi ölkənin önəmli aktiv idarə edən şirkətlərindən olan "China Huarong Asset Management Co., Ltd" şirkətinin keçmiş rəhbəri Lai Syaomini partiya qaydalarını pozduğuna görə korrupsiya, rüşvət və iki evlilik ittihamı ilə edam cəzasına məhkum edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 2018-ci ilin payızında Lai Syaomin partiya intizamını və qanunları ciddi şəkildə pozduğuna görə partiyadan çıxarılmışdı.

"China Huarong" şirkətinin keçmiş rəhbəri böyük miqdarda pul daxil olmaqla bahalı hədiyyələr qəbul edib, bahalı restoran və klublarda qanunsuz olaraq ziyafətlər təşkil edib və vəzifəsindən şəxsi maraqları üçün istifadə edib. O, ictimai əmlakı mənimsəməkdə də şübhəli hesab edilir.

Qeyd edək ki, "China Huarong" Çin hökumətinin 1999-cu ildə 1997-ci il Asiya maliyyə böhranına cavab olaraq qurduğu dörd aktiv idarə şirkətlərindən biri idi. "China Huarong" hazırda aktivlərinə görə Çində ən böyük şirkət hesab edilir.

1962-ci il təvəllüdlü Lai Syaomin peşə karyerasına 1983-cü ildə Çin Xalq Bankında (CB) başlayıb və 2003-cü ilə qədər orada müxtəlif vəzifələrdə çalışıb. 2003-cü ildə Bank Nəzarəti üzrə Dövlət Komitəsinə üzv olub. 2009-cu ilin yanvarında "China Huarong"da çalışmağa başlayıb və 2012-ci ilin sentyabrında şirkətə rəhbərlik etməyə başlayıb.

Xəbər lenti
0