Culian Assanj, arxiv şəkli

London məhkəməsi Culian Assanjı ABŞ-a vermədi

6
(Yenilənib 17:40 04.01.2021)
Hakimin fikrincə, depressiya, autizm spektrinin pozğunluğu və Asperger sindromundan əziyyət çəkən Assanj yenidən intihar etmək barədə düşüncələrə dala bilər.

BAKI, 4 yanvar - Sputnik. London Mərkəzi Cinayət Məhkəməsinin hakimi Vanessa Baraytser “Wikileaks”in qurucusu Culian Assanjın ekstradisiyası ilə bağlı ABŞ hökumətinin iddiasını rədd edib.

“Report” xəbər verir ki, ABŞ tərəfinin vəkilləri, çox güman, apellyasiya şikayəti verəcəklər.

Hökmü açıqlayan Baraytser Assanjın sağlamlığının ekstradisiya tələbini rədd etmək üçün yeganə səbəb olduğunu da qeyd edib.

“Müdafiə tərəfinin son substantiv arqumenti Assanjın səhhəti ilə əlaqədardır. Mən bir müddət onun sağlamlıq vəziyyətini və psixiatrların hesabatlarını araşdırdım... ABŞ-da ona qarşı ciddi təcridetmə ilə bağlı xüsusi inzibati tədbirlərin tətbiq oluna biləcəyini nəzərə aldım. Bu, Assanjın psixoloji sağlamlığına mənfi təsir göstərə bilər”, - hakim deyib.

Onun fikrincə, depressiya, autizm spektrinin pozğunluğu və Asperger sindromundan əziyyət çəkən Assanj yenidən intihar etmək barədə düşüncələrə dala bilər.

2010-cu ildə İsveçdə cinsi təcavüz və zorlamada günahlandırılan Assanj ekstradisiya olunacağından qorxaraq 2012-ci ilin iyunundan bəri Ekvadorun Londondakı səfirliyində gizlənib.

Amma 2019-cu il aprelin 11-də o, ABŞ-ın istəyi ilə saxlanılıb. Ekstradisiya ilə bağlı dinləmələr 2019-cu il mayın 2-dən başlayıb. Bundan qısa müddət sonra ABŞ hökuməti Assanja qarşı casusluq və gizli məlumatların açıqlanması qanunlarının pozulmasının 17 epizodu üzrə yeni ittihamlar irəli sürdüklərini elan ediblər. ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə Assanj 175 ilə qədər həbs cəzası ilə üzləşə bilər.

6

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

4
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

4
Teqlər:
mafiya, İtaliya
Erməni əsgərlərinin dəbilqələri, arxiv şəkli

Ermənistan müharibədə ölən hərbçilərinin siyahısını yeniləyib - sayları durmadan artır

34
Ermənistanın Səhiyyə naziri Anait Avanesyan bildirib ki, hər gün 30 meyitin ekspertizasını həyata keçirilər.

BAKI, 21 yanvar - Sputnik. Ermənistanın Səhiyyə Nazirliyi İkinci Qarabağ müharibəsində həlak olmuş 3450 əsgərinin meyitini ekspertizadan keçirib.

Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə səhiyyə naziri Anait Avanesyan bildirib.

Hökumətin iclasından sonra jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, hər gün 30 meyitin şəxsiyyəti müəyyənləşdirilir.

O, hələ də şəxsiyyətləri müəyyənləşdirilməyən meyitlərin olduğunu etiraf edib. Nazir jurnalistlərin nə qədər meyitin şəxsiyyətinin müəyyənləşdirilməməsi barədə sualına cavab verməyib. Lakin bildirib ki, meyitlərin tanınması prosesi sürətlənib.

Ötən gün Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində 3 439 hərbi qulluqçunun həlak olduğunu açıqlayıb.

34