Məmur portfeli, arxiv şəkli

Pandemiya hansı sahələrə ciddi ziyan vurub? - Vəziyyət proqnozlardan da pisdir

11
(Yenilənib 15:21 01.01.2021)
Bu beynəlxalq təşkilatın qiymətləndirmələrinə görə, 2020-ci ilin sonuna qədər pandemiya səbəbindən qlobal film sənayesində təxminən 10 milyon iş yeri itiriləcək.

BAKI, 1 yanvar — Sputnik. Koronavirusun yayılmasına cavab olaraq ölkələrin hökumətləri tərəfindən görülən tədbirlərin təsiri proqnozlaşdırıldığından daha ciddi olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının qərargahı Parisdə yerləşən Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) mətbuat xidməti məlumat verib.

Bu beynəlxalq təşkilatın qiymətləndirmələrinə görə, 2020-ci ilin sonuna qədər pandemiya səbəbindən qlobal film sənayesində təxminən 10 milyon iş yeri itiriləcək.

UNESCO-dan pandemiya ilə əlaqədar olaraq konsert və sərgilərin onlayn formatda keçirilməyə başladığı bildirilib.

Qeyd olunur ki, dünya əhalisinin təxminən 46%-nin internetə çıxışı yoxdur.

11

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

4
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

4
Teqlər:
mafiya, İtaliya
Erməni əsgərlərinin dəbilqələri, arxiv şəkli

Ermənistan müharibədə ölən hərbçilərinin siyahısını yeniləyib - sayları durmadan artır

34
Ermənistanın Səhiyyə naziri Anait Avanesyan bildirib ki, hər gün 30 meyitin ekspertizasını həyata keçirilər.

BAKI, 21 yanvar - Sputnik. Ermənistanın Səhiyyə Nazirliyi İkinci Qarabağ müharibəsində həlak olmuş 3450 əsgərinin meyitini ekspertizadan keçirib.

Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə səhiyyə naziri Anait Avanesyan bildirib.

Hökumətin iclasından sonra jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, hər gün 30 meyitin şəxsiyyəti müəyyənləşdirilir.

O, hələ də şəxsiyyətləri müəyyənləşdirilməyən meyitlərin olduğunu etiraf edib. Nazir jurnalistlərin nə qədər meyitin şəxsiyyətinin müəyyənləşdirilməməsi barədə sualına cavab verməyib. Lakin bildirib ki, meyitlərin tanınması prosesi sürətlənib.

Ötən gün Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində 3 439 hərbi qulluqçunun həlak olduğunu açıqlayıb.

34