Ermənistanda koronavirusdan ölənlərin sayı 2800-ü keçdi

© REUTERS / LUCY NICHOLSONПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəlikdən sağalanların sayı 141844 nəfər olub. Hazırda bu ölkədə 13548 nəfər xəstəxanada müalicə alır.

BAKI, 30 dekabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 158878-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 582 nəfər artıb.

Ermənistanda son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2807-ə çatıb. Xəstəlikdən sağalanların sayı 141844 nəfər olub. Hazırda bu ölkədə 13548 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 81,9 milyonu keçib, 1,78 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0