Məşhur müğənni yeni biznesə başlayır - öz adına süd məhsulları istehsal olunacaq

© Photo : Instagram / yildizztilbeeYıldız Tilbe, arxiv şəkli
Yıldız Tilbe, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"İnəklər, toyuqlar, xoruzlar və keçilərlə dost olmuşam. Dərdimi onlara danışıram, stress atıram. Məni tanıyır və dinləyirlər", - deyən müğənni ildə üç dəfə həmin fermaya gedirdi

BAKI, 30 dekabr — Sputnik. Türkiyəli müğənni Yıldız Tilbe yeni biznesə başlayır.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yaylaköydəki bağ evindən əldə olunan süd məhsullarını qohumlarına, tanışlarına paylayan müğənniyə şirkətlərin birindən təklif gəlib.

Y.Tilbenin firma ilə razılaşdığı və yazda sənətçinin öz adını daşıyan pendir və süd istehsal olunacağı deyilir. "İnəklər, toyuqlar, xoruzlar və keçilərlə dost olmuşam. Dərdimi onlara danışıram, stress atıram. Məni tanıyır və dinləyirlər" deyən müğənni ildə üç dəfə həmin fermaya gedirdi. Pandemiya dövründə isə fermanın yerləşdiyi məkana köçüb.

Xəbər lenti
0