Verbier xizək kurortu, arxiv şəkli

İsveçrədə bir gecədə yüzlərlə turist yoxa çıxıb

38
(Yenilənib 18:37 28.12.2020)
Bundan bir müddət əvvəl isə, Böyük Britaniyada aşkar edilən koronavirusun yeni ştammının İsveçrədə də tapıldığı bildirilmişdi.

BAKI, 28 dekabr — Sputnik. İsveçrənin məhşur Verbier xizək kurortundakı hotellərin birindən yüzlərlə britaniyalı turist yoxa çıxıb və bir-biri ilə əlaqəni kəsib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniyadan məcburi karantin əmri alan 350-dən çox turist hoteldən qaçıb. Hotel sahibləri qonaqlar üçün göndərdikləri səhər yeməklərinin toxunulmamış qaldığını görüb, onlarla əlaqə saxlaya bilmədikləri üçün polisə müraciət ediblər.

Turistlərin gecə saatlarında hoteldən ayrıldıqları güman edilir.

Buna baxmayaraq, səlahiyyətlilər britaniyalıların hara qaçdıqları barədə məlumatsızdırlar. Çünki İsveçrədən uçuşların sayı xeyli azaldılıb. Karantin pozuntusuna görə cərimənin 10 min İsveçrə frankına (demək olar ki, 830 min rubl- 18 min manat ) çata biləcəyi bildirilir.

Bundan bir müddət əvvəl isə, Böyük Britaniyada aşkar edilən koronavirusun yeni ştammının İsveçrədə də tapıldığı bildirilmişdi. Koronavirusun "Britaniya" növünün yayılması səbəbindən İsveçrə səlahiyyətliləri Britaniya ilə uçuşları dayandırdı. Və dekabrın 14-dən sonra ölkədən uçan hər kəs üçün məcburi on günlük karantin tətbiq etdilər.

38
Teqlər:
Böyük Britaniya, Britaniya, turist, İsveçrə
İsrailin Iron Dome sistemləri Qəzza zolağında buraxılan raketləri zərrəsizləşdirir

Qəzza zolağından İsrailə mindən çox raket atılıb

6
(Yenilənib 13:15 12.05.2021)
Yonatan Konrikus: "Bu müddət ərzində İsrail ərazisinə 860 raket atılıb ki, bu raketlər sərhədi keçib və təxminən 200 raket sərhəd hasarını keçmədən sektor ərazisində partlayıb"

BAKI, 12 may - Sputnik. Mayın 10-dan Qəzza zolağından İsrailə mindən çox raket atılıb.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü Yonatan Konrikus keçirdiyi brifinq zamanı bildirib. 

O qeyd edib ki, fələstinli islamçılara qarşı İsrail Müdafiə Qüvvələrinin əməliyyatı artıq 38 saatdan çoxdur davam edir.

"Bu müddət ərzində İsrail ərazisinə 860 raket atılıb ki, bu raketlər sərhədi keçib və təxminən 200 raket sərhəd hasarını keçmədən sektor ərazisində partlayıb", - deyə Konnrikus bildirib. 

Həmçinin oxuyun:

Təl-Əviv qan içindədir: Radikalların atdığı raketlərdən biri avtobusu partladıb

İsrail Həmas və "İslami Cihad"ın mövqelərinə 80 təyyarə ilə zərbələr endirib

6
Teqlər:
Fələstin, Qəzza bölgəsi, Qəzza zolağı, Qəzza, İsrail

"Formula-1"in Türkiyə mərhələsi ləğv olunub

58
(Yenilənib 00:14 12.05.2021)
Qərara əsasən, Türkiyəyə yollanacaq şəxslər geri döndükdən sonra İngiltərədə 10 günlük karantinə alınacaq.

BAKI, 12 may - Sputnik. “Formula-1” üzrə dünya çempionatının Türkiyə mərhələsi ləğv olunub.

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı yarışın Türkiyədəki yayım hüququna malik “S Sport” kanalı yayıb.

Bildirilib ki, 11-13 iyunda keçirilməsi planlaşdırılan Türkiyə Qran-Prisi ləğv edilib. Buna səbəb koronavirus pandemiyasının yenidən sürətlə yayılması səbəbindən Türkiyənin İngiltərə hökuməti tərəfindən riskli ölkələr sırasına əlavə edilməsidir. Qərara əsasən, Türkiyəyə yollanacaq şəxslər geri döndükdən sonra İngiltərədə 10 günlük karantinə alınacaq.

“Formula-1”in İstanbul mərhələsinin ləğvi səbəbindən dünya çempionatı 22 yarışla yekunlaşacaq.

Qeyd edək ki, aprelin 28-də Kanada Qran-Prisini ləğv edən təşkilatçılar əvəzində İstanbul mərhələsini təqvimə əlavə etmişdi.

 

58
Teqlər:
Formula-1 Azərbaycan Qran Prisi, "Formula-1"