Tom Kruz əvvəllər kraliça II Elizabetə məxsus olan binanı icarəyə götürüb

© © Shannon Finney / Getty Images / AFPАмериканский актёр Том Круз, фото из архива
Американский актёр Том Круз, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hollivud aktyoru Tom Kruz Londonda dəbdəbəli "Corinthia" hotelində əvvəllər kraliça II Elizabetə məxsus olan ikimərtəbəli penthausu icarəyə götürüb. Aktyor "Mission: Impossible - 7" filminin çəkilişi müddətində burada qalacaq

BAKI, 27 dekabr — Sputnik. Hollivud aktyoru Tom Kruz Londonda dəbdəbəli "Corinthia" hotelində əvvəllər kraliça II Elizabetə məxsus olan ikimərtəbəli penthausu icarəyə götürüb. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyor "Mission: Impossible - 7" filminin çəkilişi müddətində burada qalacaq.

Məlumata görə, burada bir ay qalmaq üçün Kruz 335 min funt sterlinq (773 min manata yaxın) ödəyib.

O da bildirilir ki, penthausda dörd yataq otağı, üç qonaq otağı, dörd hamam otağı və teras var.

Xəbər lenti
0