Gürcüstan bundan sonra onların əlində

© AFP 2023 / VANO SHLAMOVGürcüstan parlamentinin iclası, arxiv şəkli
Gürcüstan parlamentinin iclası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstan hökumətinin yeni heyətində cəmi bir dəyişiklik var - Ədliyyə nazirindən başqa, digər nazirlərin hamısı öz yerində qalıb.  

BAKI, 24 dekabr - Sputnik. Gürcüstan Parlamenti baş nazir Georgi Qaxariyaya, onun Nazirlər Kabinetinin heyətinə və hökumət proqramına səs çoxluğu ilə etimad edib. 

Sputnik Azərbaycan bildirir ki, səsverməni Gürcüstan televiziyaları canlı yayımlayıb.

Hakim "Gürcü arzusu" partiyası oktyabrın 31-də keçirilmiş parlament seçkisində 150 yerdən 90 mandatı qazanıb. Seçkinin nəticələri təsdiqlənəndən sonra hökumət istefaya getmişdi. 

Baş nazir postuna namizəd Qaxariya yeni kabinetin heyətini və hökumət proqramını təsdiq üçün təqdim edib. 

Gürcüstan hökumətinin yeni heyətində cəmi bir dəyişiklik var - Ədliyyə nazirindən başqa, digər nazirlərin hamısı öz yerində qalıb.  

"Lehinə 85 deputat səs verib. Əleyhinə səs olmayıb. Gürcüstan Parlamenti hökumət heyətinə etimad votumu göstərib", - parlamentin spiker Arçil Talakvadze iclasda deyib. 

Gürcüstan hökumətinin tərkibi: Regional inkişaf və infrastruktur naziri - Mayya Tskitişvili, DİN rəhbəri - Vaxtanq Qomelauri, İqtisadiyyat və dayanıqlı inkişaf naziri - Natiya Turnava, XİN rəhbəri - David Zalkaliani, Maliyyə naziri - İvane Maçavariani, Elm, təhsil, mədəniyyət və idman naziri - Mixail Çxenkeli, Gürcüstanın işğal olunmuş ərazilərindən məcburi köçkünlərin işi, əmək, səhiyyə və sosial müdafiə naziri - Yekaterina Tikaridze, Ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri - Levan Davitaşvili, Ədliyyə naziri - Qoça Lortkipanidze.

Xəbər lenti
0